Cümə günü deyilən salavat
عَنْ أَبِى أُمَامَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَكْثِرُوا عَلَىَّ مِنَ الصَّلاَةِ فِى كُلِّ يَوْمِ جُمُعَةٍ فَإِنَّ صَلاَةَ أُمَّتِى تُعْرَضُ عَلَىَّ فِى كُلِّ يَوْمِ جُمُعَةٍ، فَمَنْ كَانَ أَكْثَرَهُمْ عَلَىَّ صَلاَةً كَانَ أَقْرَبَهُمْ مِنِّى مَنْزِلَةً».
“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər Cümə günü mənə çox salavat deyin! Həqiqətən, hər Cümə günü ümmətimin salavatı mənə bildirilir. Kimin salavatı daha çox olarsa, (Qiyamət günü) o, mənə daha yaxın mərtəbədə olacaq”.”
Qeyd
əl-Beyhəqi “Sunənul-Kubra” 5791, 6208, “Şuabul-İman” 3032. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1673.
İstinad
Fəzilətli əməllər, 276 (Kitab 6, 20)
Fəzilətli əməllər — Cümə