Cümə qüslu
عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ قَالَ: دَخَلَ عَلَىَّ أَبِى وَأَنَا أَغْتَسِلُ يَوْمَ الْجُمُعَةِ فَقَالَ: غُسْلُكَ مِنْ جَنَابَةٍ أَوْ لِلْجُمُعَةِ؟ قَالَ قُلْتُ: مِنْ جَنَابَةٍ. قَالَ: أَعِدْ غُسْلاً آخَرَ، فَإِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنِ اغْتَسَلَ يَوْمَ الْجُمُعَةِ كَانَ فِى طَهَارَةٍ إِلَى الْجُمُعَةِ الأُخْرَى».
“Rəvayət edilir ki, Abdullah ibn Əbu Qatədə ﵀ demişdir: “Mən Cümə günü qüsl alarkən atam içəri daxil oldu və soruşdu: “Sən cənabət qüslu alırsan, yoxsa Cümə qüslu?” Mən: “Cənabət qüslu”- deyə cavab verdim. O dedi: “Əlavə bir qüsl al, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim Cümə günü qüsl alarsa, növbəti Cüməyə qədər (kiçik günahlardan) təmiz qalar”.”
Qeyd
əl-Beyhəqi “Sunənul-Kubra” 1475; əl-Hakim, 1044; ət-Tabərani “Mucəmul-Əvsat” 8180. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 6065.
İstinad
Fəzilətli əməllər, 272 (Kitab 6, 16)
Fəzilətli əməllər — Cümə