Cümə günü cəm olunan əməllər
عَنْ أبِي سَعِيدٍ الْخُدْرِيّ أَنَّهُ سَمِعَ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «خَمْسٌ مَنْ عَمِلَهُنَّ فِي يَوْمٍ، كَتَبَهُ اللهُ مِنْ أَهْلِ الْجَنَّةِ: مَنْ عَادَ مَرِيْضاً وَشَهِدَ جَنَازَةً وَصَامَ يَوْماً وَرَاحَ يَوْمَ الْجُمُعَةِ وَأَعْتَقَ رَقَبَةً».
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Kim bir gündə bu beş əməli yerinə yetirərsə, Allah onu Cənnət əhlindən yazar; xəstəyə baş çəkmək, cənazəni müşayiət etmək, oruc tutmaq, Cümə namazına getmək və qul azad etmək”.”
Qeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 55, 16485. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1268.
İstinad
Fəzilətli əməllər, 279 (Kitab 6, 23)
Fəzilətli əməllər — Cümə