Sədəqə

Hər bir yaxşılıq sədəqədir

عن ابن عمر قال قال رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إن تبسمك في وجه أخيك يكتب لك به صدقة وإماطتك الأذى عن الطريق يكتب لك به صدقة وإن أمرك بالمعروف صدقة وإرشادك الضال يكتب لك به صدقة

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, (din) qardaşının üzünə təbəssüm etməyinə görə sənə bir sədəqə savabı yazılır. İnsanlara əziyyət verən şeyləri yoldan kənarlaşdırmağına görə bir sədəqə savabı, yaxşı işlər görməyi əmr etməyinə görə bir sədəqə savabı və yolunu azana yol göstərməyinə görə sənə bir sədəqə savabı”.”

İbn Ömər
Səhih

Qeyd

əl-Bəzzər, 6097. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2686.

İstinad

Fəzilətli əməllər, 281 (Kitab 7, 2)

Fəzilətli əməllər — Sədəqə