Kitab 7

Sədəqə

48

hədis

Fəsil 1

Hər bir yaxşılıq sədəqədir

عَنْ جَابِرٍ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «كُلُّ مَعْرُوفٍ صْنَعْتَهُ إِلَى غَنِيٍّ أَوْ فَقِيرٍ فَهُوَ صَدَقَةٌ».

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Varlıya, yaxud kasıba etdiyin hər bir yaxşılıq sədəqədir”.”

Cabir
HəsənFəzilətli əməllər, 280 (Kitab 7, 1)

Qeyd

Xatib əl-Bağdadi “Cəmiul-Əxləqir-Ravi və Ədəbus-Səmi” 903; İbn Asakir “Tarixu Dəməşq” 24/365. Hədis həsəndir. Bax: Silslə əs-Səhihə, 2040.

عن ابن عمر قال قال رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إن تبسمك في وجه أخيك يكتب لك به صدقة وإماطتك الأذى عن الطريق يكتب لك به صدقة وإن أمرك بالمعروف صدقة وإرشادك الضال يكتب لك به صدقة

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, (din) qardaşının üzünə təbəssüm etməyinə görə sənə bir sədəqə savabı yazılır. İnsanlara əziyyət verən şeyləri yoldan kənarlaşdırmağına görə bir sədəqə savabı, yaxşı işlər görməyi əmr etməyinə görə bir sədəqə savabı və yolunu azana yol göstərməyinə görə sənə bir sədəqə savabı”.”

İbn Ömər
SəhihFəzilətli əməllər, 281 (Kitab 7, 2)

Qeyd

əl-Bəzzər, 6097. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2686.

عَنْ جَابِرٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: كُلُّ مَعْرُوفٍ صَدَقَةٌ، إِنَّ مِنَ الْمَعْرُوفِ أَنْ تَلْقَى أَخَاكَ بِوَجْهٍ طَلْقٍ، وَأَنْ تُفْرِغَ مِنْ دَلْوِكَ فِي إِنَاءِ أَخِيكَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər bir yaxşılıq sədəqədir. Qardaşını gülərüzlə qarşılamaq, həmçinin öz qabında olandan qardaşının qabına (yemək və s.) qoymaq yaxşılıqdır”.”

Cabir
SəhihFəzilətli əməllər, 282 (Kitab 7, 3)

Qeyd

ət-Tirmizi, 1970; əl-Buxari “Ədəbul-Mufrad” 304. Hədis səhih li-ğeyrihidir. Bax: Səhuhit-Tərğib vat-Tərhib, 2684.

عَنْ أَبُو هُرَيْرَةَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كُلُّ سُلَامَى مِنْ النَّاسِ عَلَيْهِ صَدَقَةٌ كُلَّ يَوْمٍ تَطْلُعُ فِيهِ الشَّمْسُ قَالَ تَعْدِلُ بَيْنَ الِاثْنَيْنِ صَدَقَةٌ وَتُعِينُ الرَّجُلَ فِي دَابَّتِهِ فَتَحْمِلُهُ عَلَيْهَا أَوْ تَرْفَعُ لَهُ عَلَيْهَا مَتَاعَهُ صَدَقَةٌ قَالَ وَالْكَلِمَةُ الطَّيِّبَةُ صَدَقَةٌ وَكُلُّ خُطْوَةٍ تَمْشِيهَا إِلَى الصَّلَاةِ صَدَقَةٌ وَتُمِيطُ الْأَذَى عَنْ الطَّرِيقِ صَدَقَةٌ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “İnsanların hər bir bədən üzvü üçün günəşin çıxdığı hər gündə sədəqə var. İki nəfər arasında ədalətlə hökm vermək sədəqədir. Bir kimsəyə miniyinə minərkən kömək etmək və ya yükünü miniyinə yükləməyə kömək etmək sədəqədir. Gözəl söz sədəqədir. Namaz qılmaq üçün (məscidə) atdığın hər addımın əvəzi bir sədəqə (əcri) var. Yoldan əziyyət verən şeyi uzaqlaşdırmaq (götürmək belə) sədəqədir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 283 (Kitab 7, 4)

Qeyd

əl-Buxari, 2891, 2989; Muslim, 1677, 2382.

عَنْ أَبِي ذَرٍّ قَالَ: قُلْتُ: يَا رَسُولَ اللَّهِ! أَيُّ الأَعْمَالِ أَفْضَلُ؟ قَالَ: «الإِيمَانُ بِاللَّهِ وَالْجِهَادُ فِي سَبِيلِهِ» قَالَ: قُلْتُ: أَيُّ الرِّقَابِ أَفْضَلُ؟ قَالَ: «أَنْفَسُهَا عِنْدَ أَهْلِهَا، وَأَكْثَرُهَا ثَمَنًا» قَالَ: قُلْتُ: فَإِنْ لَمْ أَفْعَلْ؟ قَالَ: «تُعِينُ صَانِعًا أَوْ تَصْنَعُ لأَخْرَقَ» قَالَ: قُلْتُ: يَا رَسُولَ اللَّهِ! أَرَأَيْتَ إِنْ ضَعُفْتُ عَنْ بَعْضِ الْعَمَلِ؟ قَالَ: «تَكُفُّ شَرَّكَ عَنْ النَّاسِ، فَإِنَّهَا صَدَقَةٌ مِنْكَ عَلَى نَفْسِكَ».

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Mən Peyğəmbərdən ﷺ soruşdum: “Ey Allahın Elçisi! Əməllərin hansı biri daha fəzilətli sayılır?” O dedi: “Allaha iman gətirmək və Onun yolunda cihad etmək”. Yenə soruşdum: “Hansı köləni azad etmək daha yaxşıdır?” O buyurdu: “Sahibi üçün ən dəyərli və ən bahalı olanı”. Mən dedim: “Əgər bunu edə bilməsəm, (onda necə olsun)?” O buyurdu: “Bir iş görən adama kömək et və ya işi bacarmayan adamın işini gör”. Mən dedim: “İşdir əgər bunu da etməyə qadir olmasam, onda necə olsun?” O buyurdu: “İnsanlara pislik etməkdən çəkin. (Belə etsən,) bu, sənin özünə verdiyin bir sədəqə olar”.”

Əbu Zərr
SəhihFəzilətli əməllər, 284 (Kitab 7, 5)

Qeyd

Muslim, 119, 250, 260.

Fəsil 2

Borc verməyin fəziləti

عَنْ أَبِي هُرَيْرَةَ عَنْ رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ مَلَكاً بِبَابٍ مِنْ أَبْوَابِ الْجَنَّة يَقُولُ: مَنْ يُقْرِضِ الْيَومَ يُجْزَ غَداً، وَمَلَكٌ بِبَابٍ آخَرَ يَقُولُ: اللَّهُمَّ أَعْطِ مُنْفِقاً خَلَفاً وَأَعْطِ مُمْسِكاً تَلَفاً».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, bir mələk Cənnət qapılarının birində (dayanaraq) belə deyir: “Kim bu gün borc verərsə, sabah əvəzi veriləcək”. Həmçinin digər qapıda duran mələk də belə deyir: “Allahım (Sənin yolunda) xərcləyənə əvəzini ver, xəsislik edənin isə (malını) tələf et!””

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 285 (Kitab 7, 6)

Qeyd

İbn Hibban, 3323. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 920.

عَنْ أَبِى الدَّرْدَاءِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَا طَلَعَتْ شَمْسٌ قَطُّ إِلاَّ بُعِثَ بِجَنَبَتَيْهَا مَلَكَانِ يُنَادِيَانِ يُسْمِعَانِ أَهْلَ الأَرْضِ إِلاَّ الثَّقَلَيْنِ يَا أَيُّهَا النَّاسُ هَلُمُّوا إِلَى رَبِّكُمْ فَإِنَّ مَا قَلَّ وَكَفَى خَيْرٌ مِمَّا كَثُرَ وَأَلْهَى وَلاَ آبَتْ شَمْسٌ قَطُّ إِلاَّ بُعِثَ) مَا مِنْ يَوْمٍ يُصْبِحُ الْعِبَادُ فِيهِ إِلاَّ مَلَكَانِ يَنْزِلاَنِ( بِجَنَبَتَيْهَا مَلَكَانِ يُنَادِيَانِ يُسْمِعَانِ أَهْلَ الأَرْضِ إِلاَّ الثَّقَلَيْنِ اللَّهُمَّ أَعْطِ مُنْفِقاً خَلَفاً وَأَعْطِ مُمْسِكاً مَالاً تَلَفاً».

“Rəvayət edilir ki, Əbu əd-Dərdə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər dəfə günəş doğanda onun hər iki tərəfinə iki mələk göndərilir. Bu iki mələk car çəkərək səslərini cinlərdən və insanlardan başqa bütün yer əhlinə eşitdirirlər: “Ey insanlar, Rəbbinizə doğru tələsin! Həqiqətən, az və kifayət edən ruzi çox və baş qatan ruzidən daha xeyirlidir!” Hər dəfə günəş batanda onun hər iki tərəfinə iki mələk göndərilir. Bu iki mələk car çəkərək səslərini cinlərdən və insanlardan başqa bütün yer əhlinə eşitdirirlər: “Allahım, malını (Sənin yolunda) xərcləyən hər kəsə əvəzini ver! Allahım, xəsislik edən hər kəsin (malını) tələf et!””

Əbu əd-Dərdə
SəhihFəzilətli əməllər, 286 (Kitab 7, 7)

Qeyd

Əhməd, 21769, 22353. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 443.

Fəsil 3

Süd sədəqə edən

عَن الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ: سَمِعْتُ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ مَنَحَ مَنِيحَةَ لَبَنٍ أَوْ وَرِقٍ أَوْ هَدَى زُقَاقاً كَانَ لَهُ مِثلَ عِتقِ رَقَبَةٍ».

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim südündən istifadə etməsi üçün qoyun və ya keçi verər, borc pul verər, yolunu tapa bilməyənə yol göstərərsə, ona bir kölə azad etmiş kimi savab verilir”.”

əl-Bəra ibn Azib
SəhihFəzilətli əməllər, 287 (Kitab 7, 8)

Qeyd

ət-Tirmizi, 1957, 2084. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 898.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَرْبَعُونَ خَصْلَةً أَعْلاَهُنَّ مَنِيحَةُ الْعَنْزِ، مَا مِنْ عَامِلٍ يَعْمَلُ بِخَصْلَةٍ مِنْهَا رَجَاءَ ثَوَابِهَا وَتَصْدِيقَ مَوْعُودِهَا إِلاَّ أَدْخَلَهُ اللَّهُ بِهَا الْجَنَّةَ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qırx yaxşılıq var ki, bunların ən üstünü ehtiyacı olan kimsəyə (müvəqqəti olaraq südündən istifadə etmək üçün) sağmal keçi verməkdir. Hər kim savabını (Allahdan) umaraq və vəd olunanı təsdiq edərək bu yaxşılıqlardan birini yerinə yetirsə, Allah bunun sayəsində onu Cənnətə daxil edər”.”

Abdullah ibn Amr
SəhihFəzilətli əməllər, 288 (Kitab 7, 9)

Qeyd

əl-Buxari, 2438, 2631.

Fəsil 4

Xərcləməyə birinci özündən başla

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ أَمَرَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِالصَّدَقَةِ فَقَالَ رَجُلٌ يَا رَسُولَ اللَّهِ عِنْدِى دِينَارٌ. فَقَالَ «تَصَدَّقْ بِهِ عَلَى نَفْسِكَ». قَالَ عِنْدِى آخَرُ. قَالَ «تَصَدَّقْ بِهِ عَلَى وَلَدِكَ». قَالَ عِنْدِى آخَرُ. قَالَ «تَصَدَّقْ بِهِ عَلَى زَوْجَتِكَ». أَوْ قَالَ «زَوْجِكَ». قَالَ عِنْدِى آخَرُ. قَالَ «تَصَدَّقْ بِهِ عَلَى خَادِمِكَ». قَالَ عِنْدِى آخَرُ. قَالَ «أَنْتَ أَبْصَرُ»...«ابْدَأْ بِنَفْسِكَ فَتَصَدَّقْ عَلَيْهَا فَإِنْ فَضَلَ شَىْءٌ فَلأَهْلِكَ فَإِنْ فَضَلَ عَنْ أَهْلِكَ شَىْءٌ فَلِذِى قَرَابَتِكَ فَإِنْ فَضَلَ عَنْ ذِى قَرَابَتِكَ شَىْءٌ فَهَكَذَا وَهَكَذَا». يَقُولُ فَبَيْنَ يَدَيْكَ وَعَنْ يَمِينِكَ وَعَنْ شِمَالِكَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ sədəqə verməyi əmr etdikdə, bir kişi dedi: “Ey Allahın Elçisi! Mənim bir dinarım var”. Allah Elçisi ﷺ buyurdu: “Onu özünə xərclə”. Kişi dedi: “Məndə biri də var”. Allah Elçisi ﷺ buyurdu: “Onu övladına xərclə”. Kişi dedi: “Məndə biri də var”. Allah Elçisi ﷺ buyurdu: “Onu həyat yoldaşına xərclə”. Kişi dedi: “Məndə biri də var”. Allah Elçisi ﷺ buyurdu: “Onu da qulluqçuna xərclə”. Kişi dedi: “Məndə biri də var”. Allah Elçisi ﷺ buyurdu: “Onu sən daha yaxşı bilirsən”. Digər rəvayətdə deyilir: “Əvvəl özündən başla və özünə sədəqə et. Əgər artıq qalsa, ailənə sədəqə et. Əgər ailənə xərclədikdən sonra bir şey artıq qalsa, qohumlarına sədəqə et. Əgər qohumlarına sədəqə etdiyindən bir şey artıq qalsa, bu minvalla başqalarına sədəqə et”. Önündə, sağında və solunda olanlara sədəqə et”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 289 (Kitab 7, 10)

Qeyd

Muslim, 1663, 2360.

Fəsil 5

Ailənə xərcləməyi unutma!

عَنِ الْمِقْدَامِ بْنِ مَعْدِي كَرِبَ، أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: مَا أَطْعَمْتَ نَفْسَكَ فَهُوَ لَكَ صَدَقَةٌ، وَمَا أَطْعَمْتَ وَلَدَكَ فَهُوَ لَكَ صَدَقَةٌ، وَمَا أَطْعَمْتَ زَوْجَكَ فَهُوَ لَكَ صَدَقَةٌ، وَمَا أَطْعَمْتَ خَادِمَكَ فَهُوَ لَكَ صَدَقَةٌ.

“Miqdam ibn Mə'di Kərib ﵁ rəvayət edir ki, mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Özün nə yesən, bu, sənin üçün sədəqə sayılar. Övladına nə yedirtsən, o da sənin üçün sədəqə sayılar. Zövcənə nə yedirtsən, o da sənin üçün sədəqə sayılar. Xidmətçinə nə yedirtsən, o da sənin üçün sədəqə sayılar”.”

Miqdam ibn Mə'di Kərib
SəhihFəzilətli əməllər, 290 (Kitab 7, 11)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 82. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1955.

عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ: قُلْتُ يَا رَسُولَ اللَّهِ أَلِىَ أَجْرٌ أَنْ أُنْفِقَ عَلَى بَنِى أَبِى سَلَمَةَ إِنَّمَا هُمْ بَنِىَّ؟ فَقَالَ: «أَنْفِقِى عَلَيْهِمْ، فَلَكِ أَجْرُ مَا أَنْفَقْتِ عَلَيْهِمْ».

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Mən dedim: Ey Allahın Elçisi, malımdan Əbu Sələmənin uşaqlarına xərclədiyimə görə mənə savab çatırmı? Axı, onlar həm də mənim uşaqlarımdır?” Peyğəmbər ﷺ buyurdu: “Malından onlara xərclə, xərclədiyin qədər savab qazanacaqsan”.”

Ummu Sələmə
SəhihFəzilətli əməllər, 291 (Kitab 7, 12)

Qeyd

əl-Buxari, 1374, 1467.

عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: أَرْبَعَةُ دَنَانِيرَ: دِينَارًا أَعْطَيْتَهُ مِسْكِينًا، وَدِينَارًا أَعْطَيْتَهُ فِي رَقَبَةٍ، وَدِينَارًا أَنْفَقْتَهُ فِي سَبِيلِ اللَّهِ، وَدِينَارًا أَنْفَقْتَهُ عَلَى أَهْلِكَ، أَفْضَلُهَا الَّذِي أَنْفَقْتَهُ عَلَى أَهْلِكَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Dörd (fəzilətli) dinar var - kasıba verdiyin dinar, qul azad etmək üçün verdiyin dinar, Allah yolunda xərclədiyin dinar və ailənə xərclədiyin dinar. Bunların ən fəzilətlisi ailənə xərclədiyindir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 292 (Kitab 7, 13)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 751. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 878.

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ أُمَيَّةَ، عَنْ أَبِيهِ قَالَ: سَمِعْتُ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَا أَعْطَى الرَّجُلٌ امْرَأَتهُ فَهُوَ صَدَقَةٌ».

“Abdullah ibn Amr ibn Umeyyə atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kişinin öz qadınına verdiyi hər bir şey sədəqədir”.”

Abdullah ibn Amr ibn Umeyyə atasından
SəhihFəzilətli əməllər, 293 (Kitab 7, 14)

Qeyd

Əhməd, 17654. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1024.

عَنْ ثَوْبَانَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّ مِنْ أَفْضَلِ دِينَارٍ أَنْفَقَهُ الرَّجُلُ عَلَى عِيَالِهِ، وَدِينَارٌ أَنْفَقَهُ عَلَى أَصْحَابِهِ فِي سَبِيلِ اللَّهِ، وَدِينَارٌ أَنْفَقَهُ عَلَى دَابَّتِهِ فِي سَبِيلِ اللَّهِ. قَالَ أَبُو قِلاَبَةَ: وَبَدَأَ بِالْعِيَالِ، وَأَيُّ رَجُلٍ أَعْظَمُ أَجْرًا مِنْ رَجُلٍ يُنْفِقُ عَلَى عِيَالٍ صِغَارٍ حَتَّى يُغْنِيَهُمُ اللَّهُ عَزَّ وَجَلَّ؟

“Səvban ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ən fəzilətli dinar kişinin ailəsinə xərclədiyi dinar, sonra onun Allah yolunda olan dostlarına xərclədiyi dinar, sonra da Allah yolunda (cihadda olan) heyvanına xərclədiyi dinardır”. Əbu Qilabə demişdir: “Peyğəmbər ﷺ öncə ailədən başladı. Hansı adam öz malından ailəsindəki körpələrə – Allah ﷿ onları ehtiyacdan qurtarana qədər – xərcləyən kişidən daha böyük savab qazana bilər?!””

Səvban
SəhihFəzilətli əməllər, 294 (Kitab 7, 15)

Qeyd

Muslim, 1660, 2537; əl-Buxari “Ədəbul-Mufrad” 748.

عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ أَنَّهُ أَخْبَرَهُ، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لِسَعْدٍ: إِنَّكَ لَنْ تُنْفِقَ نَفَقَةً تَبْتَغِي بِهَا وَجْهَ اللَّهِ عَزَّ وَجَلَّ إِلاَّ أُجِرْتَ بِهَا، حَتَّى مَا تَجْعَلُ فِي فَمِ امْرَأَتِكَ.

“Sad ibn Əbu Vəqqas ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allahın ﷿ Üzünü diləyərək xərclədiyin hər bir şey sayəsində, hətta həyat yoldaşının ağzına qoyduğun loxmaya görə savab qazanırsan”.”

Sad ibn Əbu Vəqqas
SəhihFəzilətli əməllər, 295 (Kitab 7, 16)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 752. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3082.

Fəsil 6

Edilən əməlin savabını Allahdan ummaq

عَنْ أَبِي مَسْعُودٍ الْبَدْرِيِّ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ أَنْفَقَ نَفَقَةً عَلَى أَهْلِهِ، وَهُوَ يَحْتَسِبُهَا، كَانَتْ لَهُ صَدَقَةً.

“Əbu Məsud əl-Bədri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim əvəzini Allahdan umaraq öz ailəsinə mal xərcləsə, bu, onun üçün sədəqə olar”.”

Əbu Məsud
SəhihFəzilətli əməllər, 296 (Kitab 7, 17)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 749. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 580.

Fəsil 7

Zəkat məmuru

عَنْ رَافِعِ بْنِ خَدِيجٍ قَالَ: سَمِعْتُ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «الْعَامِل عَلَى الصَّدَقَةِ بِالْحَقِّ، كَالْغَازِي فِي سَبِيلِ اللهِ تَعَالَى حَتَّى يَرجِعَ إِلَى بَيْتِهِ».

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Öz işini layiqincə yerinə yetirən zəkat məmuru evinə qayıdana qədər Uca Allahın yolunda döyüşən qazi kimidir”.”

Rafi ibn Xadic
SəhihFəzilətli əməllər, 297 (Kitab 7, 18)

Qeyd

Əbu Davud, 2936, 2938. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 773.

عَنْ أَبِي مُوسَى عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «الْخَازِنُ الْمُسْلِمُ الأَمِينُ الَّذِى يُنْفِذُ - وَرُبَّمَا قَالَ يُعْطِى - مَا أُمِرَ بِهِ كَامِلاً مُوَفَّرًا طَيِّبٌ بِهِ نَفْسُهُ، فَيَدْفَعُهُ إِلَى الَّذِى أُمِرَ لَهُ بِهِ، أَحَدُ الْمُتَصَدِّقَيْنِ».

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Özünə əmr ediləni mükəmməl şəkildə – könül xoşluğu ilə yerinə yetirib (sədəqəni) veriləcək adama çatdıran, (başqasının malını) qoruyan etibarlı müsəlman sədəqə verən iki nəfərdən biri hesab olunur”.”

Əbu Musa
SəhihFəzilətli əməllər, 298 (Kitab 7, 19)

Qeyd

əl-Buxari, 1348, 1438; Muslim, 1699, 2410.

Fəsil 8

Su sədəqəsi

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "لَيْسَ صَدَقَةٌ أَعْظَمَ أَجْرًا مِنْ مَاءٍ"

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Mükafatı su sədəqəsindən daha böyük olan sədəqə yoxdur”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 299 (Kitab 7, 20)

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 3106. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 960.

عَنْ أَنَس اَنَّ سَعْدًا أَتَى النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُوْلَ إِنَّ أُمِّي تُوفِّيَتْ وَلَمْ تُوْصِ أَفَيَنْفَعُهَا أَنْ أَتَصَدَّق عَنْهَا؟ قَالَ: «نَعَمْ وَعَلَيْكَ بِالْمَاءِ».

“Ənəs ﵁ rəvayət edir ki, bir gün Səd Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənim anam vəfat etmiş və malından kasıblara sədəqə verməyi vəsiyyət etməmişdir. Əgər mən onun adından sədəqə versəm, bu, ona fayda verərmi?” Peyğəmbər ﷺ buyurdu: “Bəli, verər. Sənə sədəqə olaraq su verməyi məsləhət görürəm”.”

Ənəs
SəhihFəzilətli əməllər, 300 (Kitab 7, 21)

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 8061; əl-Beyhəqi “Şuabul-İman” 3106. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 961; Silsilə əs-Səhihə, 2615.

Fəsil 9

Hər bir müsəlman sədəqə verməlidir

عَنْ أَبِى مُوسَى عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «عَلَى كُلِّ مُسْلِمٍ صَدَقَةٌ». فَقَالُوا يَا نَبِىَّ اللَّهِ فَمَنْ لَمْ يَجِدْ قَالَ: «يَعْمَلُ بِيَدِهِ فَيَنْفَعُ نَفْسَهُ وَيَتَصَدَّقُ». قَالُوا فَإِنْ لَمْ يَجِدْ قَالَ: «يُعِينُ ذَا الْحَاجَةِ الْمَلْهُوفَ». قَالُوا فَإِنْ لَمْ يَجِدْ. قَالَ: «فَلْيَعْمَلْ بِالْمَعْرُوفِ، وَلْيُمْسِكْ عَنِ الشَّرِّ فَإِنَّهَا لَهُ صَدَقَةٌ».

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hər bir müsəlman sədəqə verməlidir”. Səhabələr soruşdular: “Ey Allahın peyğəmbəri! Sədəqə verməyə bir şey tapmasa necə?” Peyğəmbər ﷺ buyurdu: “Öz əlləri ilə işləyib qazansın və (bu qazancından) həm özü faydalansın, həm də sədəqə versin”. Səhabələr soruşdular: “Bunu edə bilməsə, necə?” Peyğəmbər ﷺ buyurdu: “Ehtiyacı olan çarəsiz adama kömək etsin”. Səhabələr soruşdular: “Bunu da edə bilməsə, necə?” Peyğəmbər ﷺ buyurdu: “Yaxşı işlər görsün və şər əməllərdən çəkinsin. Həqiqətən də, bu, onun üçün sədəqə olar”.”

Əbu Musa
SəhihFəzilətli əməllər, 301 (Kitab 7, 22)

Qeyd

əl-Buxari, 1353, 1445.

Fəsil 10

Sədəqə halal qazancdan verilməlidir

عَنْ أَبُو هُرَيْرَةَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَا تَصَدَّقَ أَحَدٌ بِصَدَقَةٍ مِنْ طَيِّبٍ وَلَا يَقْبَلُ اللَّهُ إِلَّا الطَّيِّبَ إِلَّا أَخَذَهَا الرَّحْمَنُ بِيَمِينِهِ وَإِنْ كَانَتْ تَمْرَةً فَتَرْبُو فِي كَفِّ الرَّحْمَنِ حَتَّى تَكُونَ أَعْظَمَ مِنْ الْجَبَلِ كَمَا يُرَبِّي أَحَدُكُمْ فَلُوَّهُ أَوْ فَصِيلَهُ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim halal qazancından bir sədəqə verərsə - Allah da halal maldan başqasını qəbul etməz - şübhəsiz, ər-Rahmən onu sağ Əli ilə qəbul edər. Bu sədəqə bir xurma olsa belə, birinizin süddən təzə kəsilmiş dayçasına və ya dəvə balasına baxıb böyütməsi kimi, o xurma ər-Rahmənin ovcunda dağdan da böyük olana qədər böyüyər”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 302 (Kitab 7, 23)

Qeyd

əl-Buxari, 1410, 1321; Muslim, 1014, 1684.

عَنْ أَبِي هُرَيْرَةَ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ بَيْنَا رَجُلٌ بِفَلَاةٍ مِنْ الْأَرْضِ فَسَمِعَ صَوْتًا فِي سَحَابَةٍ اسْقِ حَدِيقَةَ فُلَانٍ فَتَنَحَّى ذَلِكَ السَّحَابُ فَأَفْرَغَ مَاءَهُ فِي حَرَّةٍ فَإِذَا شَرْجَةٌ مِنْ تِلْكَ الشِّرَاجِ قَدْ اسْتَوْعَبَتْ ذَلِكَ الْمَاءَ كُلَّهُ فَتَتَبَّعَ الْمَاءَ فَإِذَا رَجُلٌ قَائِمٌ فِي حَدِيقَتِهِ يُحَوِّلُ الْمَاءَ بِمِسْحَاتِهِ فَقَالَ لَهُ يَا عَبْدَ اللَّهِ مَا اسْمُكَ قَالَ فُلَانٌ لِلِاسْمِ الَّذِي سَمِعَ فِي السَّحَابَةِ فَقَالَ لَهُ يَا عَبْدَ اللَّهِ لِمَ تَسْأَلُنِي عَنْ اسْمِي فَقَالَ إِنِّي سَمِعْتُ صَوْتًا فِي السَّحَابِ الَّذِي هَذَا مَاؤُهُ يَقُولُ اسْقِ حَدِيقَةَ فُلَانٍ لِاسْمِكَ فَمَا تَصْنَعُ فِيهَا قَالَ أَمَّا إِذْ قُلْتَ هَذَا فَإِنِّي أَنْظُرُ إِلَى مَا يَخْرُجُ مِنْهَا فَأَتَصَدَّقُ بِثُلُثِهِ وَآكُلُ أَنَا وَعِيَالِي ثُلُثًا وَأَرُدُّ فِيهَا ثُلُثَهُ و حَدَّثَنَاه أَحْمَدُ بْنُ عَبْدَةَ الضَّبِّيُّ أَخْبَرَنَا أَبُو دَاوُدَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي سَلَمَةَ حَدَّثَنَا وَهْبُ بْنُ كَيْسَانَ بِهَذَا الْإِسْنَادِ غَيْرَ أَنَّهُ قَالَ وَأَجْعَلُ ثُلُثَهُ فِي الْمَسَاكِينِ وَالسَّائِلِينَ وَابْنِ السَّبِيلِ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bir kişi düzənlik bir yerdə dayanmışdı. Birdən göydəki bir buluddan belə bir səs eşitdi: “Filankəsin bağçasını sula!” və həmin bulud qara daşlı bir sahəyə yönələrək suyunu oraya boşaltdı. Orada olan arxlardan biri suyun hamısını özünə çəkdi. Kişi suyun ardınca gedərək gəlib bir nəfərin bostanın içində əlindəki alətlə suyun yönünü dəyişdirdiyini gördü. Kişi ondan: “Ey Allahın qulu, adın nədir?” deyə soruşdu. O: “Filankəs” deyə, buluddan eşitdiyi adı ona xəbər verdi. Ondan: “Adımı nə üçün soruşdun?” deyə soruşduqda, kişi belə dedi: “Mən, suyunu işlətdiyin bir buluddan “filankəsin bağçasını sula” deyə sənin adının çəkildiyi bir səs eşitdim. Sən burada nə edirsən?” O, kişiyə belə cavab verdi: “Belə deyirsənsə, mən ondan alınan məhsula baxıb, onun üçdəbirini sədəqə verirəm. Üçdəbirini isə mən və ailəm yeyirik. Qalan üçdəbirini isə ona (torpağa) qaytarıram”. Başqa bir rəvayətdə isə belə deyilir: “Üçdəbirini miskinlərə, istəyənlərə və (pulu qurtarıb) yolda qalan müsafirə (yolçulara) verirəm”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 303 (Kitab 7, 24)

Qeyd

Muslim, 5299, 7664-7265.

Fəsil 11

Vaxtında verilən sədəqə

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: جَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللَّهِ أَىُّ الصَّدَقَةِ أَعْظَمُ أَجْرًا قَالَ: «أَنْ تَصَدَّقَ وَأَنْتَ صَحِيحٌ شَحِيحٌ، تَخْشَى الْفَقْرَ وَتَأْمُلُ الْغِنَى، وَلاَ تُمْهِلُ حَتَّى إِذَا بَلَغَتِ الْحُلْقُومَ قُلْتَ لِفُلاَنٍ كَذَا، وَلِفُلاَنٍ كَذَا، وَقَدْ كَانَ لِفُلاَنٍ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, savabı ən böyük olan sədəqə hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Bu, sənin sağlam və xəsis olduğun, kasıb olmaqdan ehtiyat etdiyin və varlanacağına ümid bəslədiyin halda verdiyin sədəqədir. Bir də ki, sədəqə verməyi, canın boğazına yetişən vaxta, özün də “filankəsə bu qədər, filankəsə də bu qədər (verin)” (deyə vəsiyyət edəcəyin günə) saxlama, çünki həmin vaxt mal-dövlətin başqalarına miras qalacaq”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 304 (Kitab 7, 25)

Qeyd

əl-Buxari, 1330, 1419.

Fəsil 12

Ağac əkmək savab qazandırır

عَنْ جَابِرٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَا مِنْ مُسْلِمٍ يَغْرِسُ غَرْسًا إِلاَّ كَانَ مَا أُكِلَ مِنْهُ لَهُ صَدَقَةٌ وَمَا سُرِقَ مِنْهُ لَهُ صَدَقَةٌ وَمَا أَكَلَ السَّبُعُ مِنْهُ فَهُوَ لَهُ صَدَقَةٌ وَمَا أَكَلَتِ الطَّيْرُ فَهُوَ لَهُ صَدَقَةً وَلاَ يَرْزَؤُهُ أَحَدٌ إِلاَّ كَانَ لَهُ صَدَقَةٌ».

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər hansı bir müsəlman ağac əkərsə, ondan yeyilən bir şey onun üçün sədəqə olar. Ondan oğurlanan bir şey onun üçün sədəqə olar. Vəhşi heyvanların ondan yediyi onun üçün sədəqə olar. Quşun onun (məhsulundan) yediyi onun üçün sədəqə olar. Ondan kimsə nə isə əskiltsə, bu, onun üçün sədəqə olar”.”

Cabir
SəhihFəzilətli əməllər, 305 (Kitab 7, 26)

Qeyd

Muslim, 1552, 4050-4055; əl-Buxari, 5553, 6012.

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ: حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ، عَنْ هِشَامِ بْنِ زَيْدِ بْنِ أَنَسِ بْنِ مَالِكٍ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنْ قَامَتِ السَّاعَةُ وَفِي يَدِ أَحَدِكُمْ فَسِيلَةٌ، فَإِنِ اسْتَطَاعَ أَنْ لاَ تَقُومَ حَتَّى يَغْرِسَهَا فَلْيَغْرِسْهَا.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qiyamət qopduğu zaman sizdən birinizin əlində körpə xurma ağacı olarsa və Qiyamət qopmamış onu əkməyə macal taparsa, qoy onu əksin!””

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 306 (Kitab 7, 27)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 479. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 9.

Fəsil 13

Yeddi yüz qat savab

عَنْ خُرَيْمِ بْنِ فَاتِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ أَنْفَقَ نَفَقَةً فِى سَبِيلِ اللَّهِ كُتِبَتْ لَهُ بِسَبْعِمِائَةِ ضِعْفٍ».

“Rəvayət edilir ki, Xureym ibn Fatiq ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda xərcləyərsə, ona xərclədiyinin yeddi yüz qat savabı verilər”.”

Xureym ibn Fatiq
SəhihFəzilətli əməllər, 307 (Kitab 7, 28)

Qeyd

ət-Tirmizi, 1625, 1725. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6110.

عَنْ أَبِى مَسْعُودٍ أَنَّ رَجُلاً تَصَدَّقَ بِنَاقَةٍ مَخْطُومَةٍ فِى سَبِيلِ اللَّهِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «لَيَأْتِيَنَّ يَوْمَ الْقِيَامَةِ بِسَبْعِمِائَةِ نَاقَةٍ مَخْطُومَةٍ».

“Əbu Məsud ﵁ rəvayət edir ki, bir nəfər yüyənli bir dəvəni Allah yolunda sədəqə etdi. Allah Elçisi ﷺ də belə buyurdu: “O, Qiyamət günü yeddi yüz yüyənli dəvə ilə gələcəkdir”.”

Əbu Məsud
SəhihFəzilətli əməllər, 308 (Kitab 7, 29)

Qeyd

ən-Nəsəi “Sunən” 3200. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 3187.

Fəsil 14

Qoşa sədəqə vermək

عَنْ صَعْصَعَةَ بْنِ مُعَاوِيَةَ قَالَ لَقِيتُ أَبَا ذَرٍّ قَالَ قُلْتُ حَدِّثْنِى. قَالَ نَعَمْ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَا مِنْ عَبْدٍ مُسْلِمٍ يُنْفِقُ مِنْ كُلِّ مَالٍ لَهُ زَوْجَيْنِ فِى سَبِيلِ اللَّهِ إِلاَّ اسْتَقْبَلَتْهُ حَجَبَةُ الْجَنَّةِ كُلُّهُمْ يَدْعُوهُ إِلَى مَا عِنْدَهُ». قُلْتُ وَكَيْفَ ذَلِكَ قَالَ «إِنْ كَانَتْ إِبِلاً فَبَعِيرَيْنِ وَإِنْ كَانَتْ بَقَرًا فَبَقَرَتَيْنِ».

“Sasaə ibn Muaviyə ﵀ rəvayət edir ki, Əbu Zərr ilə qarşılaşdım və dedim: “Mənə bir hədis danış!” O dedi: “Yaxşı. Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah yolunda hər cür maldan qoşa sədəqə verən elə bir müsəlman qul yoxdur ki, Cənnət keşikçiləri onu qarşılamasın və hər biri onu özü durduğu qapıdan dəvət etməsin”. Mən dedim: “Bu necə olur?” Əbu Zərr dedi: “Dəvəsi varsa, iki dəvə, inəyi varsa, iki inək”.”

Sasaə ibn Muaviyə
SəhihFəzilətli əməllər, 309 (Kitab 7, 30)

Qeyd

ən-Nəsəi “Sunən” 3186, 3198. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 567.

Fəsil 15

Orta yol tutmaq

عَنِ ابْنِ مَسْعُودٍ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ السَّلَفَ يَجْرِي مَجْرَى شَطرِ الصَّدَقَةِ».

“İbn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Sizdən öncə olan əməlisalehlər sədəqə verməkdə orta yolu tutardılar”.”

İbn Məsud
SəhihFəzilətli əməllər, 310 (Kitab 7, 31)

Qeyd

Əhməd, 3911. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1640.

Fəsil 16

Sədəqə aclığı aradan qaldırır

عَنْ عِكْرِمَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «تَصَدَّقُوا وَلَوْ بِتَمْرَةٍ، فَإِنَّهَا تَسُدُّ مِنَ الْجَائِعِ وَتُطْفِئُ الْخَطِيْئَةَ كَمَا يُطْفِئُ الْمَاءُ النَّارَ».

“Rəvayət edilir ki, İkrimə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir xurma olsa belə sədəqə verin! Həqiqətən, o, aclığı aradan qaldırır və günahları su odu söndürdüyü kimi söndürür”.”

İkrimə
SəhihFəzilətli əməllər, 311 (Kitab 7, 32)

Qeyd

İbn əl-Mubarak “əz-Zuhd” 651. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2951.

Fəsil 17

Qohuma verilən sədəqə

عَنْ أَبِي أَيُّوبَ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَفْضَلُ الصَّدَقَةِ الصَّدَقَةُ عَلَى ذِي الرَّحِم الْكَاشِحِ».

“Rəvayət edilir ki, Əbu Əyyub ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Ən yaxşı sədəqə ədavət bəslənən qohuma verilən sədəqədir”.”

Əbu Əyyub
SəhihFəzilətli əməllər, 312 (Kitab 7, 33)

Qeyd

Əhməd, 23577. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1110.

عَنْ عَمِّهَا سَلْمَانَ بْنِ عَامِرٍ يَبْلُغُ بِهِ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِذَا أَفْطَرَ أَحَدُكُمْ فَلْيُفْطِرْ عَلَى تَمْرٍ فَإِنَّهُ بَرَكَةٌ فَإِنْ لَمْ يَجِدْ تَمْرًا فَالْمَاءُ فَإِنَّهُ طَهُورٌ». وَقَالَ «الصَّدَقَةُ عَلَى الْمِسْكِينِ صَدَقَةٌ وَهِىَ عَلَى ذِى الرَّحِمِ ثِنْتَانِ صَدَقَةٌ وَصِلَةٌ».

“Salman ibn Amir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz iftar etdikdə xurma ilə iftar etsin, çünki o, bərəkətdir. Əgər xurma tapmazsa, su ilə iftar etsin, çünki o, pakdır”. Həmçinin o demişdir: “Miskinə sədəqə verməyin bir sədəqə savabı var. Qohuma sədəqə verməyin isə iki savabı var; sədəqə savabı və qohumluq əlaqələrini möhkəmlətmək savabı”.”

Salman ibn Amir
SəhihFəzilətli əməllər, 313 (Kitab 7, 34)

Qeyd

ət-Tirmizi, 658, 660. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1990.

Fəsil 18

Gizli sədəqə

عَنْ أَبِي سَعِيْدٍ الْخُدْرِيِّ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «صَدَقَةُ السِّرِّ تُطْفِيءُ غَضَبَ الرَّبِّ، وَصِلَةُ الرَّحِمِ تَزِيْدُ فِي الْعُمرِ، وَفِعلُ الْمَعْرُوف يَقِي مَصَارِعَ السُّوءِ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Gizli olaraq verilən sədəqə Allahın qəzəbini söndürür, qohumluq əlaqələrini möhkəmlətmək də ömrü artırır. İnsanlara yaxşılıq etmək isə pis aqibətdən qoruyur”.”

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 314 (Kitab 7, 35)

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 3442. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3760.

Fəsil 19

Sədəqə verən kasıblıqdan qorxmaz

عَنْ بُرَيْدَه قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا يُخْرِجُ رَجُلٌ شَيئاً مِنَ الصَّدَقَةِ، حَتَّى يَفُكَّ عَنْهَا لِحيَيْ سَبْعِيْنَ شَيْطَاناً».

“Rəvayət edilir ki, Bureydə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir kişi sədəqədən yetmiş şeytanın vəsvəsəsini dəf etdikdən sonra sədəqə vermiş olar”.”

Bureydə
SəhihFəzilətli əməllər, 315 (Kitab 7, 36)

Qeyd

əl-Hakim, 1521; Əhməd, 23012. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1268. Hədisdə insanın sədəqə vermək istəyərkən yetmiş şeytanın onu kasıblıqla qorxudaraq sədəqə verməkdən çəkindirməyə çalışması nəzərdə tutulur.

Fəsil 20

Uca Allah xəsisik etməyənə nemətini əsirgəməz

عَنْ عَائِشَةَ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَهَا فِي عُمْرَتِهَا: «إِنَّ لَكِ مِنَ الأَجْرِ عَلَى قَدْرِ نَصَبكِ وَنَفَقَتَكِ».

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ ümrədə ona belə demişdir: “Həqiqətən, (Allah yolunda) yorulmağın və xərcləməyin qədər sənə mükafat verilir”.”

Aişə
SəhihFəzilətli əməllər, 316 (Kitab 7, 37)

Qeyd

əl-Hakim, 1733. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2160.

عَنْ أَسْمَاءَ بِنْتِ أَبِى بَكْرٍ أَنَّهَا جَاءَتِ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ يَا نَبِىَّ اللَّهِ لَيْسَ لِى شَىْءٌ إِلاَّ مَا أَدْخَلَ عَلَىَّ الزُّبَيْرُ فَهَلْ عَلَىَّ جُنَاحٌ أَنْ أَرْضَخَ مِمَّا يُدْخِلُ عَلَىَّ فَقَالَ «ارْضَخِى مَا اسْتَطَعْتِ وَلاَ تُوعِى فَيُوعِىَ اللَّهُ عَلَيْكِ».

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵄ Peyğəmbərin ﷺ yanına gələrək belə demişdir: “Ey Allahın Peyğəmbəri! Zubeyrin mənə gətirdiyi şeylərdən başqa bir şeyim yoxdur. Mənə verilən şeylərdən cüzi bir şey versəm, mənə günah olmaz ki?” Peyğəmbər ﷺ belə buyurdu: “Bacardığını ver, xəsislik etmə ki, Uca Allah da səndən nemətlərini əsirgəməsin”.”

Əsma bint Əbu Bəkr
SəhihFəzilətli əməllər, 317 (Kitab 7, 38)

Qeyd

Muslim, 1710, 2425.

Fəsil 21

Hədiyyə də sədəqə sayılır

عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ مَنَحَ مَنِيحَةً أَوْ هَدَّى زُقَاقًا، أَوْ قَالَ: طَرِيقًا، كَانَ لَهُ عَدْلُ عِتَاقِ نَسَمَةٍ.

“əl-Bəra ibn Azib ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kim bir adama sağmal bir heyvan verərsə və ya ona bir küçə (yaxud yol) göstərərsə, ona bir kölə azad etmiş qədər savab yazılar”.”

əl-Bəra ibn Azib
SəhihFəzilətli əməllər, 318 (Kitab 7, 39)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 890. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 687.

Fəsil 22

Xəsislə əliaçığın misalı

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَثَلُ الْبَخِيلِ وَالْمُنْفِقِ كَمَثَلِ رَجُلَيْنِ، عَلَيْهِمَا جُبَّتَانِ مِنْ حَدِيدٍ، مِنْ ثُدِيِّهِمَا إِلَى تَرَاقِيهِمَا، فَأَمَّا الْمُنْفِقُ فَلاَ يُنْفِقُ إِلاَّ سَبَغَتْ - أَوْ وَفَرَتْ - عَلَى جِلْدِهِ حَتَّى تُخْفِىَ بَنَانَهُ وَتَعْفُوَ أَثَرَهُ، وَأَمَّا الْبَخِيلُ فَلاَ يُرِيدُ أَنْ يُنْفِقَ شَيْئًا إِلاَّ لَزِقَتْ كُلُّ حَلْقَةٍ مَكَانَهَا، فَهُوَ يُوَسِّعُهَا وَلاَ تَتَّسِعُ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Xəsislə əliaçıq adamın məsəli, əyninə bədəninin sinədən körpücük sümüklərinə qədər olan hissəsini örtən dəmir cübbə geymiş iki adamın məsəlinə bənzəyir. Əliaçıq adama gəlincə, o, hər dəfə öz malından xərclədikdə cübbəsi genişlənir, yaxud böyüyür və bu genişlənmə cübbəsi ta onun barmaqlarının üstünü örtənə qədər və ayaq izlərini silənədək (beləcə böyüyüb genişlənir). Xəsislik edənə gəldikdə isə o, hər dəfə malından xərcləmək istədikdə cübbənin dəmir həlqəsi yerinə yapışır və o, cübbəsini genişləndirməyə çalışsa da, cübbə genişlənmir ki, genişlənmir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 319 (Kitab 7, 40)

Qeyd

əl-Buxari, 1352, 1443; Muslim 1021, 1696.

Fəsil 23

Bir dirhəm sədəqə edən

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «سَبَقَ دِرْهَمٌ مِائَةَ أَلْفٍ». قَالُوا يَا رَسُولَ اللَّهِ وَكَيْفَ قَالَ «رَجُلٌ لَهُ دِرْهَمَانِ فَأَخَذَ أَحَدَهُمَا فَتَصَدَّقَ بِهِ وَرَجُلٌ لَهُ مَالٌ كَثِيرٌ فَأَخَذَ مِنْ عُرْضِ مَالِهِ مِائَةَ أَلْفٍ فَتَصَدَّقَ بِهَا».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir dirhəm yüz min dirhəmdən irəlidədir”. Səhabələr: “Ey Allahın Elçisi, bu necə ola bilər?”- deyə soruşdular. Allah Elçisi ﷺ buyurdu: “İki dirhəmi olub birini sədəqə verən adam hara, çoxlu mal-dövləti olub ondan yüz min dirhəm sədəqə verən adam hara!””

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 320 (Kitab 7, 41)

Qeyd

ən-Nəsəi “Sunən” 2540; İbn Xuzeymə, 2443. Hədis həsəndir. Bax: Səhih Sunən ən-Nəsəi, 2528.

Fəsil 24

Verən əl alan əldən üstündür

عَنْ حَكِيمِ بْنِ حِزَامٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «الْيَدُ الْعُلْيَا خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى، وَابْدَأْ بِمَنْ تَعُولُ، وَخَيْرُ الصَّدَقَةِ عَنْ ظَهْرِ غِنًى، وَمَنْ يَسْتَعْفِفْ يُعِفَّهُ اللَّهُ، وَمَنْ يَسْتَغْنِ يُغْنِهِ اللَّهُ».

“Həkim ibn Hizam ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Verən əl alan əldən daha xeyirlidir. Baxmağın vacib olan kimsələrdən başla. Ən xeyirli sədəqə zəngin ikən verilən (sədəqədir). İffətli olmaq istəyəni Allah iffətli edər. (İnsanlara) möhtac olmaq istəməyən kimsəni Allah heç kəsə möhtac etməz”.”

Həkim ibn Hizam
SəhihFəzilətli əməllər, 321 (Kitab 7, 42)

Qeyd

əl-Buxari, 1338, 1427; Muslim, 1033, 1715, 2432.

عَنْ طَارِقٍ الْمُحَارِبِىِّ قَالَ قَدِمْنَا الْمَدِينَةَ فَإِذَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ عَلَى الْمِنْبَرِ يَخْطُبُ النَّاسَ وَهُوَ يَقُولُ «يَدُ الْمُعْطِى الْعُلْيَا وَابْدَأْ بِمَنْ تَعُولُ أُمَّكَ وَأَبَاكَ وَأُخْتَكَ وَأَخَاكَ ثُمَّ أَدْنَاكَ أَدْنَاكَ».

“Rəvayət edilir ki, Tariq əl-Muharibi ﵁ demişdir: “Biz Mədinəyə çatdıqda Allahın Elçisi ﷺ minbərin üstündə ayaq üstə duraraq camaata xütbə deyirdi: “Verən əl üstündür. Sənin öhdəndə olan anandan, atandan, bacından, qardaşından, sonra sənə ən yaxın (olanlardan və ondan sonra bir qədər uzaq) olanlardan başla!””

Tariq əl-Muharibi
SəhihFəzilətli əməllər, 322 (Kitab 7, 43)

Qeyd

ən-Nəsəi “Sunən” 2532, 2544. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 3/319, hədis 834.

عَنْ حَكِيمِ بْنِ حِزَامٍ قَالَ سَأَلْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَعْطَانِي ثُمَّ سَأَلْتُهُ فَأَعْطَانِي ثُمَّ سَأَلْتُهُ فَأَعْطَانِي ثُمَّ قَالَ إِنَّ هَذَا الْمَالَ خَضِرَةٌ حُلْوَةٌ فَمَنْ أَخَذَهُ بِطِيبِ نَفْسٍ بُورِكَ لَهُ فِيهِ وَمَنْ أَخَذَهُ بِإِشْرَافِ نَفْسٍ لَمْ يُبَارَكْ لَهُ فِيهِ وَكَانَ كَالَّذِي يَأْكُلُ وَلَا يَشْبَعُ وَالْيَدُ الْعُلْيَا خَيْرٌ مِنْ الْيَدِ السُّفْلَى

“Rəvayət edilir ki, Həkim ibn Hizam ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ mal istədim, o da mənə verdi. Sonra yenə istədim, o yenə mənə verdi. Sonra yenə istədim, o yenə verdi. Sonra o dedi: “Şübhəsiz ki, bu mal şirin meyvədir. Kim onu gözütoxluq ilə alarsa, onun üçün bərəkətli olar. Kim də onu tamahkarlıq ilə alarsa, onun üçün bərəkətli olmaz və o, yemək yeyən, lakin doymayan bir kimsəyə bənzəyər. Verən əl alan əldən daha xeyirlidir”.”

Həkim ibn Hizam
SəhihFəzilətli əməllər, 323 (Kitab 7, 44)

Qeyd

Muslim, 1035, 1717, 2434.

سَمِعْتُ أَبَا أُمَامَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَا ابْنَ آدَمَ إِنَّكَ أَنْ تَبْذُلَ الْفَضْلَ خَيْرٌ لَكَ وَأَنْ تُمْسِكَهُ شَرٌّ لَكَ وَلَا تُلَامُ عَلَى كَفَافٍ وَابْدَأْ بِمَنْ تَعُولُ وَالْيَدُ الْعُلْيَا خَيْرٌ مِنْ الْيَدِ السُّفْلَى

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ey Adəm övladı! Malını sərf etməyin sənin üçün xeyir, etməməyin isə şərdir. Kifayət qədər mala sahib olduğun üçün qınanmazsan. Öhdəndə olandan başla! Verən əl alan əldən daha xeyirlidir”.”

Əbu Umamə
SəhihFəzilətli əməllər, 324 (Kitab 7, 45)

Qeyd

Muslim, 1036, 1718, 2435.

Fəsil 25

Sədəqə qəbrin hərarətini söndürür

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ عَنْ رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ الصَّدَقَةَ لَتُطْفِئُ عَنْ أَهْلِهَا حَرّ الْقُبُورِ، وَإِنَّمَا يَسْتَظِلُ الْمُؤمِنُ يَوْمَ الْقِيَامَةِ فِي ظِلِّ صَدَقَتِهِ».

“Uqbə ibn Amir ﵁ rəvayət edir ki, Allahın Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, sədəqə qəbrin hərarətini söndürür. Mömin Qiyamət günü öz sədəqəsinin kölgəsində kölgələnəcək”.”

Uqbə ibn Amir
SəhihFəzilətli əməllər, 325 (Kitab 7, 46)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 14207; əl-Beyhəqi “Şuabul-İman” 3347. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 365.

Fəsil 26

İnsan ölmədən onun ruzisi tükənməz

عَنْ أَبِي الدَّرْدَاءِ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ الرِّزْقَ لَيَطْلُبُ الْعَبْدَ كَمَا يَطْلُبُهُ أَجَلُهُ.

“Rəvayət edilir ki, Əbu əd-Dərdə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şübhəsiz ki, əcəl qulu axtarıb tapdığı kimi ruzi də onu axtarıb tapır”.”

Əbu əd-Dərdə
SəhihFəzilətli əməllər, 326 (Kitab 7, 47)

Qeyd

İbn Hibban, 3238. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1703.

Fəsil 27

Zəkat

عَنْ جَابِرٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ أَدَّى زَكَاةَ مَالِهِ فَقَدْ ذَهَبَ عَنْهُ شَرُّه».

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim malın zəkatını verərsə, malın şəri ondan uzaqlaşar”.”

Cabir
HəsənFəzilətli əməllər, 327 (Kitab 7, 48)

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 1579. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 743.