Sədəqə

Süd sədəqə edən

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَرْبَعُونَ خَصْلَةً أَعْلاَهُنَّ مَنِيحَةُ الْعَنْزِ، مَا مِنْ عَامِلٍ يَعْمَلُ بِخَصْلَةٍ مِنْهَا رَجَاءَ ثَوَابِهَا وَتَصْدِيقَ مَوْعُودِهَا إِلاَّ أَدْخَلَهُ اللَّهُ بِهَا الْجَنَّةَ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qırx yaxşılıq var ki, bunların ən üstünü ehtiyacı olan kimsəyə (müvəqqəti olaraq südündən istifadə etmək üçün) sağmal keçi verməkdir. Hər kim savabını (Allahdan) umaraq və vəd olunanı təsdiq edərək bu yaxşılıqlardan birini yerinə yetirsə, Allah bunun sayəsində onu Cənnətə daxil edər”.”

Abdullah ibn Amr
Səhih

Qeyd

əl-Buxari, 2438, 2631.

İstinad

Fəzilətli əməllər, 288 (Kitab 7, 9)

Fəzilətli əməllər — Sədəqə