Xərcləməyə birinci özündən başla
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ أَمَرَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِالصَّدَقَةِ فَقَالَ رَجُلٌ يَا رَسُولَ اللَّهِ عِنْدِى دِينَارٌ. فَقَالَ «تَصَدَّقْ بِهِ عَلَى نَفْسِكَ». قَالَ عِنْدِى آخَرُ. قَالَ «تَصَدَّقْ بِهِ عَلَى وَلَدِكَ». قَالَ عِنْدِى آخَرُ. قَالَ «تَصَدَّقْ بِهِ عَلَى زَوْجَتِكَ». أَوْ قَالَ «زَوْجِكَ». قَالَ عِنْدِى آخَرُ. قَالَ «تَصَدَّقْ بِهِ عَلَى خَادِمِكَ». قَالَ عِنْدِى آخَرُ. قَالَ «أَنْتَ أَبْصَرُ»...«ابْدَأْ بِنَفْسِكَ فَتَصَدَّقْ عَلَيْهَا فَإِنْ فَضَلَ شَىْءٌ فَلأَهْلِكَ فَإِنْ فَضَلَ عَنْ أَهْلِكَ شَىْءٌ فَلِذِى قَرَابَتِكَ فَإِنْ فَضَلَ عَنْ ذِى قَرَابَتِكَ شَىْءٌ فَهَكَذَا وَهَكَذَا». يَقُولُ فَبَيْنَ يَدَيْكَ وَعَنْ يَمِينِكَ وَعَنْ شِمَالِكَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ sədəqə verməyi əmr etdikdə, bir kişi dedi: “Ey Allahın Elçisi! Mənim bir dinarım var”. Allah Elçisi ﷺ buyurdu: “Onu özünə xərclə”. Kişi dedi: “Məndə biri də var”. Allah Elçisi ﷺ buyurdu: “Onu övladına xərclə”. Kişi dedi: “Məndə biri də var”. Allah Elçisi ﷺ buyurdu: “Onu həyat yoldaşına xərclə”. Kişi dedi: “Məndə biri də var”. Allah Elçisi ﷺ buyurdu: “Onu da qulluqçuna xərclə”. Kişi dedi: “Məndə biri də var”. Allah Elçisi ﷺ buyurdu: “Onu sən daha yaxşı bilirsən”. Digər rəvayətdə deyilir: “Əvvəl özündən başla və özünə sədəqə et. Əgər artıq qalsa, ailənə sədəqə et. Əgər ailənə xərclədikdən sonra bir şey artıq qalsa, qohumlarına sədəqə et. Əgər qohumlarına sədəqə etdiyindən bir şey artıq qalsa, bu minvalla başqalarına sədəqə et”. Önündə, sağında və solunda olanlara sədəqə et”.”
Qeyd
Muslim, 1663, 2360.
İstinad
Fəzilətli əməllər, 289 (Kitab 7, 10)
Fəzilətli əməllər — Sədəqə