Sədəqə

Ailənə xərcləməyi unutma!

عَنِ الْمِقْدَامِ بْنِ مَعْدِي كَرِبَ، أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: مَا أَطْعَمْتَ نَفْسَكَ فَهُوَ لَكَ صَدَقَةٌ، وَمَا أَطْعَمْتَ وَلَدَكَ فَهُوَ لَكَ صَدَقَةٌ، وَمَا أَطْعَمْتَ زَوْجَكَ فَهُوَ لَكَ صَدَقَةٌ، وَمَا أَطْعَمْتَ خَادِمَكَ فَهُوَ لَكَ صَدَقَةٌ.

“Miqdam ibn Mə'di Kərib ﵁ rəvayət edir ki, mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Özün nə yesən, bu, sənin üçün sədəqə sayılar. Övladına nə yedirtsən, o da sənin üçün sədəqə sayılar. Zövcənə nə yedirtsən, o da sənin üçün sədəqə sayılar. Xidmətçinə nə yedirtsən, o da sənin üçün sədəqə sayılar”.”

Miqdam ibn Mə'di Kərib
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 82. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1955.

İstinad

Fəzilətli əməllər, 290 (Kitab 7, 11)

Fəzilətli əməllər — Sədəqə