Sədəqə

Süd sədəqə edən

عَن الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ: سَمِعْتُ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ مَنَحَ مَنِيحَةَ لَبَنٍ أَوْ وَرِقٍ أَوْ هَدَى زُقَاقاً كَانَ لَهُ مِثلَ عِتقِ رَقَبَةٍ».

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim südündən istifadə etməsi üçün qoyun və ya keçi verər, borc pul verər, yolunu tapa bilməyənə yol göstərərsə, ona bir kölə azad etmiş kimi savab verilir”.”

əl-Bəra ibn Azib
Səhih

Qeyd

ət-Tirmizi, 1957, 2084. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 898.

İstinad

Fəzilətli əməllər, 287 (Kitab 7, 8)

Fəzilətli əməllər — Sədəqə