Sədəqə

Borc verməyin fəziləti

عَنْ أَبِى الدَّرْدَاءِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَا طَلَعَتْ شَمْسٌ قَطُّ إِلاَّ بُعِثَ بِجَنَبَتَيْهَا مَلَكَانِ يُنَادِيَانِ يُسْمِعَانِ أَهْلَ الأَرْضِ إِلاَّ الثَّقَلَيْنِ يَا أَيُّهَا النَّاسُ هَلُمُّوا إِلَى رَبِّكُمْ فَإِنَّ مَا قَلَّ وَكَفَى خَيْرٌ مِمَّا كَثُرَ وَأَلْهَى وَلاَ آبَتْ شَمْسٌ قَطُّ إِلاَّ بُعِثَ) مَا مِنْ يَوْمٍ يُصْبِحُ الْعِبَادُ فِيهِ إِلاَّ مَلَكَانِ يَنْزِلاَنِ( بِجَنَبَتَيْهَا مَلَكَانِ يُنَادِيَانِ يُسْمِعَانِ أَهْلَ الأَرْضِ إِلاَّ الثَّقَلَيْنِ اللَّهُمَّ أَعْطِ مُنْفِقاً خَلَفاً وَأَعْطِ مُمْسِكاً مَالاً تَلَفاً».

“Rəvayət edilir ki, Əbu əd-Dərdə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər dəfə günəş doğanda onun hər iki tərəfinə iki mələk göndərilir. Bu iki mələk car çəkərək səslərini cinlərdən və insanlardan başqa bütün yer əhlinə eşitdirirlər: “Ey insanlar, Rəbbinizə doğru tələsin! Həqiqətən, az və kifayət edən ruzi çox və baş qatan ruzidən daha xeyirlidir!” Hər dəfə günəş batanda onun hər iki tərəfinə iki mələk göndərilir. Bu iki mələk car çəkərək səslərini cinlərdən və insanlardan başqa bütün yer əhlinə eşitdirirlər: “Allahım, malını (Sənin yolunda) xərcləyən hər kəsə əvəzini ver! Allahım, xəsislik edən hər kəsin (malını) tələf et!””

Əbu əd-Dərdə
Səhih

Qeyd

Əhməd, 21769, 22353. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 443.

İstinad

Fəzilətli əməllər, 286 (Kitab 7, 7)

Fəzilətli əməllər — Sədəqə