Sədəqə

Borc verməyin fəziləti

عَنْ أَبِي هُرَيْرَةَ عَنْ رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ مَلَكاً بِبَابٍ مِنْ أَبْوَابِ الْجَنَّة يَقُولُ: مَنْ يُقْرِضِ الْيَومَ يُجْزَ غَداً، وَمَلَكٌ بِبَابٍ آخَرَ يَقُولُ: اللَّهُمَّ أَعْطِ مُنْفِقاً خَلَفاً وَأَعْطِ مُمْسِكاً تَلَفاً».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, bir mələk Cənnət qapılarının birində (dayanaraq) belə deyir: “Kim bu gün borc verərsə, sabah əvəzi veriləcək”. Həmçinin digər qapıda duran mələk də belə deyir: “Allahım (Sənin yolunda) xərcləyənə əvəzini ver, xəsislik edənin isə (malını) tələf et!””

Əbu Hureyra
Səhih

Qeyd

İbn Hibban, 3323. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 920.

İstinad

Fəzilətli əməllər, 285 (Kitab 7, 6)

Fəzilətli əməllər — Sədəqə