Hər bir yaxşılıq sədəqədir
عَنْ أَبِي ذَرٍّ قَالَ: قُلْتُ: يَا رَسُولَ اللَّهِ! أَيُّ الأَعْمَالِ أَفْضَلُ؟ قَالَ: «الإِيمَانُ بِاللَّهِ وَالْجِهَادُ فِي سَبِيلِهِ» قَالَ: قُلْتُ: أَيُّ الرِّقَابِ أَفْضَلُ؟ قَالَ: «أَنْفَسُهَا عِنْدَ أَهْلِهَا، وَأَكْثَرُهَا ثَمَنًا» قَالَ: قُلْتُ: فَإِنْ لَمْ أَفْعَلْ؟ قَالَ: «تُعِينُ صَانِعًا أَوْ تَصْنَعُ لأَخْرَقَ» قَالَ: قُلْتُ: يَا رَسُولَ اللَّهِ! أَرَأَيْتَ إِنْ ضَعُفْتُ عَنْ بَعْضِ الْعَمَلِ؟ قَالَ: «تَكُفُّ شَرَّكَ عَنْ النَّاسِ، فَإِنَّهَا صَدَقَةٌ مِنْكَ عَلَى نَفْسِكَ».
“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Mən Peyğəmbərdən ﷺ soruşdum: “Ey Allahın Elçisi! Əməllərin hansı biri daha fəzilətli sayılır?” O dedi: “Allaha iman gətirmək və Onun yolunda cihad etmək”. Yenə soruşdum: “Hansı köləni azad etmək daha yaxşıdır?” O buyurdu: “Sahibi üçün ən dəyərli və ən bahalı olanı”. Mən dedim: “Əgər bunu edə bilməsəm, (onda necə olsun)?” O buyurdu: “Bir iş görən adama kömək et və ya işi bacarmayan adamın işini gör”. Mən dedim: “İşdir əgər bunu da etməyə qadir olmasam, onda necə olsun?” O buyurdu: “İnsanlara pislik etməkdən çəkin. (Belə etsən,) bu, sənin özünə verdiyin bir sədəqə olar”.”
Qeyd
Muslim, 119, 250, 260.
İstinad
Fəzilətli əməllər, 284 (Kitab 7, 5)
Fəzilətli əməllər — Sədəqə