Vaxtında verilən sədəqə
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: جَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللَّهِ أَىُّ الصَّدَقَةِ أَعْظَمُ أَجْرًا قَالَ: «أَنْ تَصَدَّقَ وَأَنْتَ صَحِيحٌ شَحِيحٌ، تَخْشَى الْفَقْرَ وَتَأْمُلُ الْغِنَى، وَلاَ تُمْهِلُ حَتَّى إِذَا بَلَغَتِ الْحُلْقُومَ قُلْتَ لِفُلاَنٍ كَذَا، وَلِفُلاَنٍ كَذَا، وَقَدْ كَانَ لِفُلاَنٍ»
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, savabı ən böyük olan sədəqə hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Bu, sənin sağlam və xəsis olduğun, kasıb olmaqdan ehtiyat etdiyin və varlanacağına ümid bəslədiyin halda verdiyin sədəqədir. Bir də ki, sədəqə verməyi, canın boğazına yetişən vaxta, özün də “filankəsə bu qədər, filankəsə də bu qədər (verin)” (deyə vəsiyyət edəcəyin günə) saxlama, çünki həmin vaxt mal-dövlətin başqalarına miras qalacaq”.”
Qeyd
əl-Buxari, 1330, 1419.
İstinad
Fəzilətli əməllər, 304 (Kitab 7, 25)
Fəzilətli əməllər — Sədəqə