Sədəqə

Sədəqə halal qazancdan verilməlidir

عَنْ أَبِي هُرَيْرَةَ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ بَيْنَا رَجُلٌ بِفَلَاةٍ مِنْ الْأَرْضِ فَسَمِعَ صَوْتًا فِي سَحَابَةٍ اسْقِ حَدِيقَةَ فُلَانٍ فَتَنَحَّى ذَلِكَ السَّحَابُ فَأَفْرَغَ مَاءَهُ فِي حَرَّةٍ فَإِذَا شَرْجَةٌ مِنْ تِلْكَ الشِّرَاجِ قَدْ اسْتَوْعَبَتْ ذَلِكَ الْمَاءَ كُلَّهُ فَتَتَبَّعَ الْمَاءَ فَإِذَا رَجُلٌ قَائِمٌ فِي حَدِيقَتِهِ يُحَوِّلُ الْمَاءَ بِمِسْحَاتِهِ فَقَالَ لَهُ يَا عَبْدَ اللَّهِ مَا اسْمُكَ قَالَ فُلَانٌ لِلِاسْمِ الَّذِي سَمِعَ فِي السَّحَابَةِ فَقَالَ لَهُ يَا عَبْدَ اللَّهِ لِمَ تَسْأَلُنِي عَنْ اسْمِي فَقَالَ إِنِّي سَمِعْتُ صَوْتًا فِي السَّحَابِ الَّذِي هَذَا مَاؤُهُ يَقُولُ اسْقِ حَدِيقَةَ فُلَانٍ لِاسْمِكَ فَمَا تَصْنَعُ فِيهَا قَالَ أَمَّا إِذْ قُلْتَ هَذَا فَإِنِّي أَنْظُرُ إِلَى مَا يَخْرُجُ مِنْهَا فَأَتَصَدَّقُ بِثُلُثِهِ وَآكُلُ أَنَا وَعِيَالِي ثُلُثًا وَأَرُدُّ فِيهَا ثُلُثَهُ و حَدَّثَنَاه أَحْمَدُ بْنُ عَبْدَةَ الضَّبِّيُّ أَخْبَرَنَا أَبُو دَاوُدَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي سَلَمَةَ حَدَّثَنَا وَهْبُ بْنُ كَيْسَانَ بِهَذَا الْإِسْنَادِ غَيْرَ أَنَّهُ قَالَ وَأَجْعَلُ ثُلُثَهُ فِي الْمَسَاكِينِ وَالسَّائِلِينَ وَابْنِ السَّبِيلِ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bir kişi düzənlik bir yerdə dayanmışdı. Birdən göydəki bir buluddan belə bir səs eşitdi: “Filankəsin bağçasını sula!” və həmin bulud qara daşlı bir sahəyə yönələrək suyunu oraya boşaltdı. Orada olan arxlardan biri suyun hamısını özünə çəkdi. Kişi suyun ardınca gedərək gəlib bir nəfərin bostanın içində əlindəki alətlə suyun yönünü dəyişdirdiyini gördü. Kişi ondan: “Ey Allahın qulu, adın nədir?” deyə soruşdu. O: “Filankəs” deyə, buluddan eşitdiyi adı ona xəbər verdi. Ondan: “Adımı nə üçün soruşdun?” deyə soruşduqda, kişi belə dedi: “Mən, suyunu işlətdiyin bir buluddan “filankəsin bağçasını sula” deyə sənin adının çəkildiyi bir səs eşitdim. Sən burada nə edirsən?” O, kişiyə belə cavab verdi: “Belə deyirsənsə, mən ondan alınan məhsula baxıb, onun üçdəbirini sədəqə verirəm. Üçdəbirini isə mən və ailəm yeyirik. Qalan üçdəbirini isə ona (torpağa) qaytarıram”. Başqa bir rəvayətdə isə belə deyilir: “Üçdəbirini miskinlərə, istəyənlərə və (pulu qurtarıb) yolda qalan müsafirə (yolçulara) verirəm”.”

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 5299, 7664-7265.

İstinad

Fəzilətli əməllər, 303 (Kitab 7, 24)

Fəzilətli əməllər — Sədəqə