Sədəqə

Sədəqə halal qazancdan verilməlidir

عَنْ أَبُو هُرَيْرَةَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَا تَصَدَّقَ أَحَدٌ بِصَدَقَةٍ مِنْ طَيِّبٍ وَلَا يَقْبَلُ اللَّهُ إِلَّا الطَّيِّبَ إِلَّا أَخَذَهَا الرَّحْمَنُ بِيَمِينِهِ وَإِنْ كَانَتْ تَمْرَةً فَتَرْبُو فِي كَفِّ الرَّحْمَنِ حَتَّى تَكُونَ أَعْظَمَ مِنْ الْجَبَلِ كَمَا يُرَبِّي أَحَدُكُمْ فَلُوَّهُ أَوْ فَصِيلَهُ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim halal qazancından bir sədəqə verərsə - Allah da halal maldan başqasını qəbul etməz - şübhəsiz, ər-Rahmən onu sağ Əli ilə qəbul edər. Bu sədəqə bir xurma olsa belə, birinizin süddən təzə kəsilmiş dayçasına və ya dəvə balasına baxıb böyütməsi kimi, o xurma ər-Rahmənin ovcunda dağdan da böyük olana qədər böyüyər”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 1410, 1321; Muslim, 1014, 1684.

İstinad

Fəzilətli əməllər, 302 (Kitab 7, 23)

Fəzilətli əməllər — Sədəqə