Hər bir müsəlman sədəqə verməlidir
عَنْ أَبِى مُوسَى عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «عَلَى كُلِّ مُسْلِمٍ صَدَقَةٌ». فَقَالُوا يَا نَبِىَّ اللَّهِ فَمَنْ لَمْ يَجِدْ قَالَ: «يَعْمَلُ بِيَدِهِ فَيَنْفَعُ نَفْسَهُ وَيَتَصَدَّقُ». قَالُوا فَإِنْ لَمْ يَجِدْ قَالَ: «يُعِينُ ذَا الْحَاجَةِ الْمَلْهُوفَ». قَالُوا فَإِنْ لَمْ يَجِدْ. قَالَ: «فَلْيَعْمَلْ بِالْمَعْرُوفِ، وَلْيُمْسِكْ عَنِ الشَّرِّ فَإِنَّهَا لَهُ صَدَقَةٌ».
“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hər bir müsəlman sədəqə verməlidir”. Səhabələr soruşdular: “Ey Allahın peyğəmbəri! Sədəqə verməyə bir şey tapmasa necə?” Peyğəmbər ﷺ buyurdu: “Öz əlləri ilə işləyib qazansın və (bu qazancından) həm özü faydalansın, həm də sədəqə versin”. Səhabələr soruşdular: “Bunu edə bilməsə, necə?” Peyğəmbər ﷺ buyurdu: “Ehtiyacı olan çarəsiz adama kömək etsin”. Səhabələr soruşdular: “Bunu da edə bilməsə, necə?” Peyğəmbər ﷺ buyurdu: “Yaxşı işlər görsün və şər əməllərdən çəkinsin. Həqiqətən də, bu, onun üçün sədəqə olar”.”
Qeyd
əl-Buxari, 1353, 1445.
İstinad
Fəzilətli əməllər, 301 (Kitab 7, 22)
Fəzilətli əməllər — Sədəqə