Sədəqə

Su sədəqəsi

عَنْ أَنَس اَنَّ سَعْدًا أَتَى النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُوْلَ إِنَّ أُمِّي تُوفِّيَتْ وَلَمْ تُوْصِ أَفَيَنْفَعُهَا أَنْ أَتَصَدَّق عَنْهَا؟ قَالَ: «نَعَمْ وَعَلَيْكَ بِالْمَاءِ».

“Ənəs ﵁ rəvayət edir ki, bir gün Səd Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənim anam vəfat etmiş və malından kasıblara sədəqə verməyi vəsiyyət etməmişdir. Əgər mən onun adından sədəqə versəm, bu, ona fayda verərmi?” Peyğəmbər ﷺ buyurdu: “Bəli, verər. Sənə sədəqə olaraq su verməyi məsləhət görürəm”.”

Ənəs
Səhih

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 8061; əl-Beyhəqi “Şuabul-İman” 3106. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 961; Silsilə əs-Səhihə, 2615.

İstinad

Fəzilətli əməllər, 300 (Kitab 7, 21)

Fəzilətli əməllər — Sədəqə