Sədəqə

Ağac əkmək savab qazandırır

عَنْ جَابِرٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَا مِنْ مُسْلِمٍ يَغْرِسُ غَرْسًا إِلاَّ كَانَ مَا أُكِلَ مِنْهُ لَهُ صَدَقَةٌ وَمَا سُرِقَ مِنْهُ لَهُ صَدَقَةٌ وَمَا أَكَلَ السَّبُعُ مِنْهُ فَهُوَ لَهُ صَدَقَةٌ وَمَا أَكَلَتِ الطَّيْرُ فَهُوَ لَهُ صَدَقَةً وَلاَ يَرْزَؤُهُ أَحَدٌ إِلاَّ كَانَ لَهُ صَدَقَةٌ».

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər hansı bir müsəlman ağac əkərsə, ondan yeyilən bir şey onun üçün sədəqə olar. Ondan oğurlanan bir şey onun üçün sədəqə olar. Vəhşi heyvanların ondan yediyi onun üçün sədəqə olar. Quşun onun (məhsulundan) yediyi onun üçün sədəqə olar. Ondan kimsə nə isə əskiltsə, bu, onun üçün sədəqə olar”.”

Cabir
Səhih

Qeyd

Muslim, 1552, 4050-4055; əl-Buxari, 5553, 6012.

İstinad

Fəzilətli əməllər, 305 (Kitab 7, 26)

Fəzilətli əməllər — Sədəqə