Ailənə xərcləməyi unutma!
عَنْ ثَوْبَانَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّ مِنْ أَفْضَلِ دِينَارٍ أَنْفَقَهُ الرَّجُلُ عَلَى عِيَالِهِ، وَدِينَارٌ أَنْفَقَهُ عَلَى أَصْحَابِهِ فِي سَبِيلِ اللَّهِ، وَدِينَارٌ أَنْفَقَهُ عَلَى دَابَّتِهِ فِي سَبِيلِ اللَّهِ. قَالَ أَبُو قِلاَبَةَ: وَبَدَأَ بِالْعِيَالِ، وَأَيُّ رَجُلٍ أَعْظَمُ أَجْرًا مِنْ رَجُلٍ يُنْفِقُ عَلَى عِيَالٍ صِغَارٍ حَتَّى يُغْنِيَهُمُ اللَّهُ عَزَّ وَجَلَّ؟
“Səvban ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ən fəzilətli dinar kişinin ailəsinə xərclədiyi dinar, sonra onun Allah yolunda olan dostlarına xərclədiyi dinar, sonra da Allah yolunda (cihadda olan) heyvanına xərclədiyi dinardır”. Əbu Qilabə demişdir: “Peyğəmbər ﷺ öncə ailədən başladı. Hansı adam öz malından ailəsindəki körpələrə – Allah ﷿ onları ehtiyacdan qurtarana qədər – xərcləyən kişidən daha böyük savab qazana bilər?!””
Qeyd
Muslim, 1660, 2537; əl-Buxari “Ədəbul-Mufrad” 748.
İstinad
Fəzilətli əməllər, 294 (Kitab 7, 15)
Fəzilətli əməllər — Sədəqə