Sədəqə

Sədəqə verən kasıblıqdan qorxmaz

عَنْ بُرَيْدَه قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا يُخْرِجُ رَجُلٌ شَيئاً مِنَ الصَّدَقَةِ، حَتَّى يَفُكَّ عَنْهَا لِحيَيْ سَبْعِيْنَ شَيْطَاناً».

“Rəvayət edilir ki, Bureydə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir kişi sədəqədən yetmiş şeytanın vəsvəsəsini dəf etdikdən sonra sədəqə vermiş olar”.”

Bureydə
Səhih

Qeyd

əl-Hakim, 1521; Əhməd, 23012. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1268. Hədisdə insanın sədəqə vermək istəyərkən yetmiş şeytanın onu kasıblıqla qorxudaraq sədəqə verməkdən çəkindirməyə çalışması nəzərdə tutulur.

İstinad

Fəzilətli əməllər, 315 (Kitab 7, 36)

Fəzilətli əməllər — Sədəqə