Sədəqə

Verən əl alan əldən üstündür

عَنْ طَارِقٍ الْمُحَارِبِىِّ قَالَ قَدِمْنَا الْمَدِينَةَ فَإِذَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ عَلَى الْمِنْبَرِ يَخْطُبُ النَّاسَ وَهُوَ يَقُولُ «يَدُ الْمُعْطِى الْعُلْيَا وَابْدَأْ بِمَنْ تَعُولُ أُمَّكَ وَأَبَاكَ وَأُخْتَكَ وَأَخَاكَ ثُمَّ أَدْنَاكَ أَدْنَاكَ».

“Rəvayət edilir ki, Tariq əl-Muharibi ﵁ demişdir: “Biz Mədinəyə çatdıqda Allahın Elçisi ﷺ minbərin üstündə ayaq üstə duraraq camaata xütbə deyirdi: “Verən əl üstündür. Sənin öhdəndə olan anandan, atandan, bacından, qardaşından, sonra sənə ən yaxın (olanlardan və ondan sonra bir qədər uzaq) olanlardan başla!””

Tariq əl-Muharibi
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 2532, 2544. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 3/319, hədis 834.

İstinad

Fəzilətli əməllər, 322 (Kitab 7, 43)

Fəzilətli əməllər — Sədəqə