Verən əl alan əldən üstündür
عَنْ حَكِيمِ بْنِ حِزَامٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «الْيَدُ الْعُلْيَا خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى، وَابْدَأْ بِمَنْ تَعُولُ، وَخَيْرُ الصَّدَقَةِ عَنْ ظَهْرِ غِنًى، وَمَنْ يَسْتَعْفِفْ يُعِفَّهُ اللَّهُ، وَمَنْ يَسْتَغْنِ يُغْنِهِ اللَّهُ».
“Həkim ibn Hizam ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Verən əl alan əldən daha xeyirlidir. Baxmağın vacib olan kimsələrdən başla. Ən xeyirli sədəqə zəngin ikən verilən (sədəqədir). İffətli olmaq istəyəni Allah iffətli edər. (İnsanlara) möhtac olmaq istəməyən kimsəni Allah heç kəsə möhtac etməz”.”
Qeyd
əl-Buxari, 1338, 1427; Muslim, 1033, 1715, 2432.
İstinad
Fəzilətli əməllər, 321 (Kitab 7, 42)
Fəzilətli əməllər — Sədəqə