Verən əl alan əldən üstündür
عَنْ حَكِيمِ بْنِ حِزَامٍ قَالَ سَأَلْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَعْطَانِي ثُمَّ سَأَلْتُهُ فَأَعْطَانِي ثُمَّ سَأَلْتُهُ فَأَعْطَانِي ثُمَّ قَالَ إِنَّ هَذَا الْمَالَ خَضِرَةٌ حُلْوَةٌ فَمَنْ أَخَذَهُ بِطِيبِ نَفْسٍ بُورِكَ لَهُ فِيهِ وَمَنْ أَخَذَهُ بِإِشْرَافِ نَفْسٍ لَمْ يُبَارَكْ لَهُ فِيهِ وَكَانَ كَالَّذِي يَأْكُلُ وَلَا يَشْبَعُ وَالْيَدُ الْعُلْيَا خَيْرٌ مِنْ الْيَدِ السُّفْلَى
“Rəvayət edilir ki, Həkim ibn Hizam ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ mal istədim, o da mənə verdi. Sonra yenə istədim, o yenə mənə verdi. Sonra yenə istədim, o yenə verdi. Sonra o dedi: “Şübhəsiz ki, bu mal şirin meyvədir. Kim onu gözütoxluq ilə alarsa, onun üçün bərəkətli olar. Kim də onu tamahkarlıq ilə alarsa, onun üçün bərəkətli olmaz və o, yemək yeyən, lakin doymayan bir kimsəyə bənzəyər. Verən əl alan əldən daha xeyirlidir”.”
Qeyd
Muslim, 1035, 1717, 2434.
İstinad
Fəzilətli əməllər, 323 (Kitab 7, 44)
Fəzilətli əməllər — Sədəqə