Uca Allah xəsisik etməyənə nemətini əsirgəməz
عَنْ أَسْمَاءَ بِنْتِ أَبِى بَكْرٍ أَنَّهَا جَاءَتِ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ يَا نَبِىَّ اللَّهِ لَيْسَ لِى شَىْءٌ إِلاَّ مَا أَدْخَلَ عَلَىَّ الزُّبَيْرُ فَهَلْ عَلَىَّ جُنَاحٌ أَنْ أَرْضَخَ مِمَّا يُدْخِلُ عَلَىَّ فَقَالَ «ارْضَخِى مَا اسْتَطَعْتِ وَلاَ تُوعِى فَيُوعِىَ اللَّهُ عَلَيْكِ».
“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵄ Peyğəmbərin ﷺ yanına gələrək belə demişdir: “Ey Allahın Peyğəmbəri! Zubeyrin mənə gətirdiyi şeylərdən başqa bir şeyim yoxdur. Mənə verilən şeylərdən cüzi bir şey versəm, mənə günah olmaz ki?” Peyğəmbər ﷺ belə buyurdu: “Bacardığını ver, xəsislik etmə ki, Uca Allah da səndən nemətlərini əsirgəməsin”.”
Qeyd
Muslim, 1710, 2425.
İstinad
Fəzilətli əməllər, 317 (Kitab 7, 38)
Fəzilətli əməllər — Sədəqə