Xəsislə əliaçığın misalı
عَنْ أَبِى هُرَيْرَةَ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَثَلُ الْبَخِيلِ وَالْمُنْفِقِ كَمَثَلِ رَجُلَيْنِ، عَلَيْهِمَا جُبَّتَانِ مِنْ حَدِيدٍ، مِنْ ثُدِيِّهِمَا إِلَى تَرَاقِيهِمَا، فَأَمَّا الْمُنْفِقُ فَلاَ يُنْفِقُ إِلاَّ سَبَغَتْ - أَوْ وَفَرَتْ - عَلَى جِلْدِهِ حَتَّى تُخْفِىَ بَنَانَهُ وَتَعْفُوَ أَثَرَهُ، وَأَمَّا الْبَخِيلُ فَلاَ يُرِيدُ أَنْ يُنْفِقَ شَيْئًا إِلاَّ لَزِقَتْ كُلُّ حَلْقَةٍ مَكَانَهَا، فَهُوَ يُوَسِّعُهَا وَلاَ تَتَّسِعُ»
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Xəsislə əliaçıq adamın məsəli, əyninə bədəninin sinədən körpücük sümüklərinə qədər olan hissəsini örtən dəmir cübbə geymiş iki adamın məsəlinə bənzəyir. Əliaçıq adama gəlincə, o, hər dəfə öz malından xərclədikdə cübbəsi genişlənir, yaxud böyüyür və bu genişlənmə cübbəsi ta onun barmaqlarının üstünü örtənə qədər və ayaq izlərini silənədək (beləcə böyüyüb genişlənir). Xəsislik edənə gəldikdə isə o, hər dəfə malından xərcləmək istədikdə cübbənin dəmir həlqəsi yerinə yapışır və o, cübbəsini genişləndirməyə çalışsa da, cübbə genişlənmir ki, genişlənmir”.”
Qeyd
əl-Buxari, 1352, 1443; Muslim 1021, 1696.
İstinad
Fəzilətli əməllər, 319 (Kitab 7, 40)
Fəzilətli əməllər — Sədəqə