Qohuma verilən sədəqə
عَنْ عَمِّهَا سَلْمَانَ بْنِ عَامِرٍ يَبْلُغُ بِهِ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِذَا أَفْطَرَ أَحَدُكُمْ فَلْيُفْطِرْ عَلَى تَمْرٍ فَإِنَّهُ بَرَكَةٌ فَإِنْ لَمْ يَجِدْ تَمْرًا فَالْمَاءُ فَإِنَّهُ طَهُورٌ». وَقَالَ «الصَّدَقَةُ عَلَى الْمِسْكِينِ صَدَقَةٌ وَهِىَ عَلَى ذِى الرَّحِمِ ثِنْتَانِ صَدَقَةٌ وَصِلَةٌ».
“Salman ibn Amir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz iftar etdikdə xurma ilə iftar etsin, çünki o, bərəkətdir. Əgər xurma tapmazsa, su ilə iftar etsin, çünki o, pakdır”. Həmçinin o demişdir: “Miskinə sədəqə verməyin bir sədəqə savabı var. Qohuma sədəqə verməyin isə iki savabı var; sədəqə savabı və qohumluq əlaqələrini möhkəmlətmək savabı”.”
Qeyd
ət-Tirmizi, 658, 660. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1990.
İstinad
Fəzilətli əməllər, 313 (Kitab 7, 34)
Fəzilətli əməllər — Sədəqə