Sədəqə

Qoşa sədəqə vermək

عَنْ صَعْصَعَةَ بْنِ مُعَاوِيَةَ قَالَ لَقِيتُ أَبَا ذَرٍّ قَالَ قُلْتُ حَدِّثْنِى. قَالَ نَعَمْ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَا مِنْ عَبْدٍ مُسْلِمٍ يُنْفِقُ مِنْ كُلِّ مَالٍ لَهُ زَوْجَيْنِ فِى سَبِيلِ اللَّهِ إِلاَّ اسْتَقْبَلَتْهُ حَجَبَةُ الْجَنَّةِ كُلُّهُمْ يَدْعُوهُ إِلَى مَا عِنْدَهُ». قُلْتُ وَكَيْفَ ذَلِكَ قَالَ «إِنْ كَانَتْ إِبِلاً فَبَعِيرَيْنِ وَإِنْ كَانَتْ بَقَرًا فَبَقَرَتَيْنِ».

“Sasaə ibn Muaviyə ﵀ rəvayət edir ki, Əbu Zərr ilə qarşılaşdım və dedim: “Mənə bir hədis danış!” O dedi: “Yaxşı. Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah yolunda hər cür maldan qoşa sədəqə verən elə bir müsəlman qul yoxdur ki, Cənnət keşikçiləri onu qarşılamasın və hər biri onu özü durduğu qapıdan dəvət etməsin”. Mən dedim: “Bu necə olur?” Əbu Zərr dedi: “Dəvəsi varsa, iki dəvə, inəyi varsa, iki inək”.”

Sasaə ibn Muaviyə
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 3186, 3198. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 567.

İstinad

Fəzilətli əməllər, 309 (Kitab 7, 30)

Fəzilətli əməllər — Sədəqə