Sədəqə

Yeddi yüz qat savab

عَنْ أَبِى مَسْعُودٍ أَنَّ رَجُلاً تَصَدَّقَ بِنَاقَةٍ مَخْطُومَةٍ فِى سَبِيلِ اللَّهِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «لَيَأْتِيَنَّ يَوْمَ الْقِيَامَةِ بِسَبْعِمِائَةِ نَاقَةٍ مَخْطُومَةٍ».

“Əbu Məsud ﵁ rəvayət edir ki, bir nəfər yüyənli bir dəvəni Allah yolunda sədəqə etdi. Allah Elçisi ﷺ də belə buyurdu: “O, Qiyamət günü yeddi yüz yüyənli dəvə ilə gələcəkdir”.”

Əbu Məsud
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 3200. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 3187.

İstinad

Fəzilətli əməllər, 308 (Kitab 7, 29)

Fəzilətli əməllər — Sədəqə