Sədəqə

Zəkat məmuru

عَنْ أَبِي مُوسَى عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «الْخَازِنُ الْمُسْلِمُ الأَمِينُ الَّذِى يُنْفِذُ - وَرُبَّمَا قَالَ يُعْطِى - مَا أُمِرَ بِهِ كَامِلاً مُوَفَّرًا طَيِّبٌ بِهِ نَفْسُهُ، فَيَدْفَعُهُ إِلَى الَّذِى أُمِرَ لَهُ بِهِ، أَحَدُ الْمُتَصَدِّقَيْنِ».

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Özünə əmr ediləni mükəmməl şəkildə – könül xoşluğu ilə yerinə yetirib (sədəqəni) veriləcək adama çatdıran, (başqasının malını) qoruyan etibarlı müsəlman sədəqə verən iki nəfərdən biri hesab olunur”.”

Əbu Musa
Səhih

Qeyd

əl-Buxari, 1348, 1438; Muslim, 1699, 2410.

İstinad

Fəzilətli əməllər, 298 (Kitab 7, 19)

Fəzilətli əməllər — Sədəqə