Həccə gedərkən yolda ölən
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ خَرَجَ حَاجًّا فَمَاتَ كتب الله لَهُ أَجْرُ الْحَاجِّ إِلَى يَوْمِ الْقِيَامَةِ، وَمَنْ خَرَجَ مُعْتَمِرًا فَمَاتَ كتب الله لَهُ أَجْرُ الْمُعْتَمِرِ إِلَى يَوْمِ الْقِيَامَةِ، وَمَنْ خَرَجَ غَازِيًا فِي سَبِيلِ الله فَمَاتَ كتب الله لَهُ أَجْرُ الْغَازِي إِلَى يَوْمِ الْقِيَامَةِ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim həcc etmək üçün yola çıxaraq ölsə, Allah ona Qiyamət gününə qədər həcc savabı yazar. Kim ümrə etmək üçün yola çıxaraq ölsə, Allah ona Qiyamət gününə qədər ümrə savabı yazar. Kim də Allah yolunda döyüşə getmək üçün yola çıxaraq ölsə, Allah ona Qiyamət gününə qədər döyüşçü savabı yazar”.”
Qeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 80; Əbu Yalə, 6357. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1114, 1267.
İstinad
Fəzilətli əməllər, 333 (Kitab 8, 6)
Fəzilətli əməllər — Həcc və Ümrə