Fəzilətli əməllərHəcc və Ümrə

Kitab 8

Həcc və Ümrə

25

hədis

Fəsil 1

Həccin fəziləti

عن عبادة بن الصامت قال «صلى بنا رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فتخطا إليه رجلان رجل من الأنصار ورجل من ثقيف سبق الأنصاري الثقفي فقال رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ للثقفي إن الأنصاري قد سبقك بالمسألة فقال ألأنصاري لعله يا رسول الله أن يكون أعجل مني فهو في حل قال فسأله الثقفي عن الصلاة فأخبره ثم قال رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ للأنصاري إن شئت خبرتك بما جئت تسأل عنه وإن شئت سألتني فأخبر بذلك فقال يا رسول الله تخبرني فقال جئت تسألني مالك من الأجر إذا أممت البيت العتيق وما لك من الأجر في وقوفك في عرفة وما لك من الأجر في رميك الجمار وما لك من الأجر في حلق رأسك وما لك من الأجر إذا ودعت البيت فقال الأنصاري والذي بعثك بالحق ما جئت أسألك عن غيره قال فإن لك من الأجر إذا أممت البيت العتيق ألا ترفع قدما أو تضعها أنت ودابتك إلا كتبت لك حسنة ورفعت لك درجة وأما وقوفك بعرفة فإن الله عَزَّ وَجَلَّ يقول لملائكته يا ملائكتي ما جاء بعبادي قالوا جاؤوا يلتمسون رضوانك والجنة فيقول الله عَزَّ وَجَلَّ فإني أشهد نفسي وخلقي أني قد غفرت لهم عدد أيام الدهر وعدد القطر وعدد رمل عالج وأما رميك الجمار فإن الله عَزَّ وَجَلَّ يقول }فَلَا تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ{ وأما حلقك رأسك فإنه ليس من شعرك شعرة تقع في الأرض إلا كانت لك نورا يوم القيامة وأما البيت إذا ودعت فإنك تخرج من ذنوبك كيوم ولدتك أمك» ... حديث ابن عمر قال: قال رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : أمَّا خَرُوجُكَ مِنْ بَيْتِكَ تَؤُمُّ البَيْتَ الحَرامَ فإنَّ لَكَ بِكُلِّ وَطْأَةٍ تطَؤُها راحِلَتُكَ يَكْتُبُ اللَّهُ لَكَ بِها حَسَنَةً ويَمْحُو عنكَ بها سَيِّئَةً وأمّا وُقُوفُكَ بِعَرَفَةَ فإنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَنْزِلُ إلى السَّماءِ الدُّنْيا فَيُباهِي بِهِم المَلائِكَةَ فَيَقُولُ هؤُلاءِ عِبادِي جاؤُونِي شُعْثاً غُبْراً مِنْ كُلِّ فَجَ عَمِيقٍ يَرْجُونَ رَحْمَتِي ويَخَافُونَ عَذَابِي ولمْ يرَوْني فكَيْفَ لَوْ رَأَوْني فَلَوْ كانَ عليكَ مثلُ رَمْلِ عالِجٍ أوْ مِثْل أيَّامِ الدُّنْيا أوْ مِثْلُ قَطْرِ السَّماءِ ذُنُوباً غَسَلَها اللَّهُ عنكَ وأمَّا رَمْيُكَ الجِمَارَ فإِنهُ مَدْخُورٌ لَكَ وأَما حَلْقُكَ رَأْسَكَ فإِنَّ لكَ بِكُلِّ شَعْرَةٍ تَسْقُطُ حَسَنَةً فإذا طُفْتَ بالبَيْتِ خَرَجْتَ مِنْ ذُنُوبِكَ كَيَوْمِ وَلَدَتْكَ أُمُّكَ

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ bizimlə namaz qılırdı. Bu zaman biri Ənsardan, biri isə Səqif qəbiləsindən olan iki kişi ona doğru addımladı və Ənsardan olan kişi Allah Elçisinə ﷺ birinci yaxınlaşmaqda Səqif qəbiləsindən olan kişini qabaqladı. Allah Elçisi ﷺ Səqifdən olan kişiyə dedi: “Ənsardan (olan kişi) soruşmaqda səni qabaqladı”. Ənsardan olan kişi dedi: “Ola bilsin ki, o, məndən çox tələsir, qoy (birinci) soruşsun”. Səqif qəbiləsindən olan kişi namaz haqqında soruşdu, o da ona xəbər verdi. Sonra Allah Elçisi ﷺ Ənsardan olan kişiyə dedi: “Əgər istəyirsənsə, soruşmaq üçün gəldiyin məsələ barəsində sənə xəbər verim”. O dedi: “Ey Allahın Elçisi! Mənə xəbər ver!” O dedi: “Sən gəldin məndən soruşasan ki, qədim Evə (Kəbəyə) gəlməyinin, Arafada durmağının, daş atmağının, başını qırxdırmağının və Ev ilə vidalaşmağının sənin üçün mükafatı nədir?” Ənsardan olan kişi dedi: “Səni haqq ilə göndərən Allaha and olsun ki, mən səndən bundan başqa (bir məsələ) haqqında soruşmağa gəlmədim”. O dedi: “Qədim Evə gəlməkdə sənin və miniyinin atdığı hər addıma görə mükafat olaraq sənə bir savab yazılar və bir dərəcən artırılar. Arafada durduqda Allah ﷿ mələklərinə buyurur: “Ey Mənim mələklərim! Mənim qullarımı bura gətirən nədir?” Mələklər deyirlər: “Onlar Sənin razılığını və Cənnəti istəyirlər”. Allah ﷿ buyurur: “Mən Özümü və məxluqatımı şahid tuturam ki, Mən onları zamanın günlərinin, (yağışın) damcılarının, qum dənəciklərinin sayı qədər bağışladım!” Daş atdıqda Allah ﷿ buyurur: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir” (əs-Səcdə, 17). Başını qırxdırdıqda isə yerə düşən hər bir tükün Qiyamət günü sənin üçün nur olacaq. Ev ilə vidalaşdıqda günahlarından anadan doğulduğun gündə olduğun kimi azad olarsan”. Başqa bir rəvayətdə isə Peyğəmbər ﷺ belə demişdir: “Beytul-Harama gəlmək üçün evindən çıxmağına gəlincə, miniyinin atdığı hər addıma görə Allah sənə bir savab yazır və bir günahını silir. Ərəfatda durmağına gəlincə, bu vaxt Allah ﷿ dünya səmasına enir və mələklərinin qarşısında öyünərək buyurur: “Bunlar toz-torpaq içində, saçları dağınıq bir halda uzaq yerlərdən Mənə doğru gələn qullarımdır. Onlar Məni görmədən mərhəmətimə ümid bəsləyir və əzabımdan qorxurlar, bəs Məni görsəydilər necə?” Sənin günahların böyük bir qum yığınının dənələri və ya dünyanın günləri, ya da göydə olan yağışın damcıları qədər olsa belə, Allah onları səndən təmizləyər. Daş atmağına gəlincə, o, sənin üçün (şeytanı) zəlil etməkdir. Başını qırxdırmağına gəlincə, yerə düşən hər bir tükə görə sənin üçün bir savab var. Evi təvaf etdikdə isə günahlarından anadan doğulduğun gündə olduğun kimi azad olarsan”.”

Ubadə ibn əs-Samit
HəsənFəzilətli əməllər, 328 (Kitab 8, 1)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 13566. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 1360.

عن ابن عمر قال: سمعت النبي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يقول: مَا تَرْفَعُ إِبِلُ الحَاجِّ رِجْلاً وَلاَ تَضَعُ يَداً إِلاَّ كَتَبَ الله تَعَالَى لَهُ بِهَا حَسَنَةً أَوْ مَحَا عَنْهُ سَيِّئَةً أَوْ رَفَعَهُ بهَا دَرَجَةً.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitdim: “Həcc edənin dəvəsi hər dəfə ayağını qaldırıb-qoyduqda, Uca Allah ona bir savab yazır və ya bir günahını silir və ya onu bir dərəcə yüksəldir”.”

İbn Ömər
HəsənFəzilətli əməllər, 329 (Kitab 8, 2)

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 4116. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 5596.

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا رَمَيْتَ الْجِمَارَ كَانَتْ، لَكَ نُوراً يَومَ الْقِيَامَةِ».

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Həcdə) Camarata daş atmağın sənin üçün Qiyamət günü nur olacaq”.”

İbn Abbas
SəhihFəzilətli əməllər, 330 (Kitab 8, 3)

Qeyd

əl-Heysəmi “Kəşful-Əstər an Zəvaidil-Bəzzər” 1140. Hədis həsən-səhihdir. Bax: Silsilə əs-Səhihə, 2515.

عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَقِىَ رَكْبًا بِالرَّوْحَاءِ فَقَالَ «مَنِ الْقَوْمُ». قَالُوا الْمُسْلِمُونَ. فَقَالُوا مَنْ أَنْتَ قَالَ «رَسُولُ اللَّهِ». فَرَفَعَتْ إِلَيْهِ امْرَأَةٌ صَبِيًّا فَقَالَتْ أَلِهَذَا حَجٌّ قَالَ «نَعَمْ وَلَكِ أَجْرٌ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ ər-Ravha adlanan yerdə bir dəstə atlı ilə qarşılaşdı. Onlardan: “Siz kimsiniz?”- deyə soruşduqda, onlar: “Müsəlmanıq!”- deyə cavab verdilər. Ondan soruşdular: “Bəs sən kimsən?” O: “Allahın Elçisi!”- deyə cavab verdikdə, bir qadın əlindəki uşağı qucağına götürərək soruşdu: “Buna həcc varmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, onun savabı sənə verilir!””

İbn Abbas
SəhihFəzilətli əməllər, 331 (Kitab 8, 4)

Qeyd

Muslim, 1336, 2377, 3317.

Fəsil 2

Arafa gününün fəziləti

قَالَتْ عَائِشَةُ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَا مِنْ يَوْمٍ أَكْثَرَ مِنْ أَنْ يُعْتِقَ اللَّهُ فِيهِ عَبْدًا مِنَ النَّارِ مِنْ يَوْمِ عَرَفَةَ وَإِنَّهُ لَيَدْنُو ثُمَّ يُبَاهِى بِهِمُ الْمَلاَئِكَةَ فَيَقُولُ مَا أَرَادَ هَؤُلاَءِ»

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın atəşdən Arafa günü olduğu qədər çox qul azad etdiyi başqa bir gün yoxdur. Həqiqətən, o gün Allah (dünya səmasına) yaxınlaşır və mələklərin qarşısında (Arafada olanlarla) öyünərək buyurur: “Bunlar nə istəyirlər?””

Aişə
SəhihFəzilətli əməllər, 332 (Kitab 8, 5)

Qeyd

Muslim, 1348, 2402, 3354.

Fəsil 3

Həccə gedərkən yolda ölən

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ خَرَجَ حَاجًّا فَمَاتَ كتب الله لَهُ أَجْرُ الْحَاجِّ إِلَى يَوْمِ الْقِيَامَةِ، وَمَنْ خَرَجَ مُعْتَمِرًا فَمَاتَ كتب الله لَهُ أَجْرُ الْمُعْتَمِرِ إِلَى يَوْمِ الْقِيَامَةِ، وَمَنْ خَرَجَ غَازِيًا فِي سَبِيلِ الله فَمَاتَ كتب الله لَهُ أَجْرُ الْغَازِي إِلَى يَوْمِ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim həcc etmək üçün yola çıxaraq ölsə, Allah ona Qiyamət gününə qədər həcc savabı yazar. Kim ümrə etmək üçün yola çıxaraq ölsə, Allah ona Qiyamət gününə qədər ümrə savabı yazar. Kim də Allah yolunda döyüşə getmək üçün yola çıxaraq ölsə, Allah ona Qiyamət gününə qədər döyüşçü savabı yazar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 333 (Kitab 8, 6)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 80; Əbu Yalə, 6357. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1114, 1267.

Fəsil 4

Qəbul olunmuş həccin mükafatı

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «الْعُمْرَةُ إِلَى الْعُمْرَةِ كَفَّارَةٌ لِمَا بَيْنَهُمَا، وَالْحَجُّ الْمَبْرُورُ لَيْسَ لَهُ جَزَاءٌ إِلاَّ الْجَنَّةُ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Ümrə ziyarəti növbəti ümrəyədək olan (kiçik günahlar üçün) kəffarədir. Qəbul olunmuş həccin mükafatı isə ancaq Cənnətdir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 334 (Kitab 8, 7)

Qeyd

əl-Buxari, 1650, 1773.

عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «تَابِعُوا بَيْنَ الْحَجِّ وَالْعُمْرَةِ فَإِنَّهُمَا يَنْفِيَانِ الْفَقْرَ وَالذُّنُوبَ كَمَا يَنْفِى الْكِيرُ خَبَثَ الْحَدِيدِ وَالذَّهَبِ وَالْفِضَّةِ وَلَيْسَ لِلْحَجَّةِ الْمَبْرُورَةِ ثَوَابٌ إِلاَّ الْجَنَّةُ».

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həcc və ümrəni ardıcıl edin, çünki körük dəmirin, qızılın və gümüşün pasını apardığı kimi onlar da kasıblığı və günahları aparır. Qəbul olunmuş həccin mükafatı isə ancaq Cənnətdir”.”

Abdullah ibn Məsud
SəhihFəzilətli əməllər, 335 (Kitab 8, 8)

Qeyd

ət-Tirmizi, 810, 815. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2901.

عَنْ جَابِر بْنِ عَبْدُ الله عَن النَّبِيّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال الْحَجُّ الْمَبْرُورُ لَيْسَ لَهُ جَزَاءٌ إِلا الْجَنَّةَ قال وما بره قال إِطْعَامُ الطَّعَامِ وطيب الكلام

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Yaxşı yerinə yetirilən həccin mükafatı yalnız Cənnətdir”. Səhabələr soruşdular: “Onun yaxşılığı nədir?” O buyurdu: “Yemək yedirtmək və xoş söz söyləməkdir”.”

Cabir ibn Abdullah
SəhihFəzilətli əməllər, 336 (Kitab 8, 9)

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 8405. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1104.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ حَجَّ لِلَّهِ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ رَجَعَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim Allah xatirinə həcc ziyarətini yerinə yetirsə, (ziyarət əsnasında) qadını ilə yaxınlıq etməsə və (digər) günah işlərdən çəkinsə, anadan doğulduğu gündə olduğu kimi (pak halda evinə) qayıdar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 337 (Kitab 8, 10)

Qeyd

əl-Buxari, 1424, 1521; Muslim, 1350, 2404, 3357.

Fəsil 5

Təlbiyə həccin nişanələrindəndir

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا أَهَلَّ مُهِلٌّ قَطّ ألاَّ بُشِّرَ، وَلاَ كَبَّرَ مُكَبِّرٌ قَطّ إِلاَّ بُشِّرَ». قِيلَ: يَا رَسُوْلَ اللهِ! بِالْجَنَّةِ؟ قَالَ: «نَعَمْ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Təlbiyə” söyləyən elə bir kəs yoxdur ki, müjdələnməsin. Habelə, təkbir söyləyən elə bir kəs yoxdur ki, müjdələnməsin”. Səhabələr soruşdular: “Ey Allahın Elçisi, Cənnətlə?” O: “Bəli”- deyə buyurdu”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 338 (Kitab 8, 11)

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 7779. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1621.

عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِيِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَنِي جِبْرِيلُ فَقَالَ يَا مُحَمَّدُ مُرْ أَصْحَابَكَ فَلْيَرْفَعُوا أَصْوَاتَهُمْ بِالتَّلْبِيَةِ فَإِنَّهَا مِنْ شِعَارِ الْحَجِّ

“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cəbrayıl yanıma gəlib dedi: “Ey Muhəmməd, səhabələrinə “təlbiyəni” yüksək səslə söyləməyi əmr et! Çünki o, həccin nişanələrindəndir”.”

Zeyd ibn Xalid əl-Cuhəni
SəhihFəzilətli əməllər, 339 (Kitab 8, 12)

Qeyd

İbn Macə, 2365, 2888. Hədis səhih li-ğeyrihidir. Bax: Silsilə əs-Səhihə, 830.

عَنْ أَبِي بَكْر الصِّدِّيقِ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ: أَيُّ الْحَجِّ أَفْضَلُ؟ قَالَ :«الْعَجُّ وَالْثّجُّ».

“Əbu Bəkr əs-Siddiq ﵁ rəvayət edir ki, səhabələr Peyğəmbərdən ﷺ: “Hansı həcc daha fəzilətlidir?”- deyə soruşdular. O dedi: “Çoxlu “təlbiyə” gətirilən və çox qurban kəsilən həcc”.”

Əbu Bəkr əs-Siddiq
SəhihFəzilətli əməllər, 340 (Kitab 8, 13)

Qeyd

ət-Tirmizi, 827, 835. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1500.

Fəsil 6

Zil-Hiccənin ilk on günü

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَا مِنْ أَيَّامٍ الْعَمَلُ الصَّالِحُ فِيهَا أَحَبُّ إِلَى اللَّهِ مِنْ هَذِهِ الأَيَّامِ». يَعْنِى الْعَشْرَ. قَالُوا يَا رَسُولَ اللَّهِ وَلاَ الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ قَالَ «وَلاَ الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ إِلاَّ رَجُلٌ خَرَجَ بِنَفْسِهِ وَمَالِهِ فَلَمْ يَرْجِعْ مِنْ ذَلِكَ بِشَىْءٍ». مَا مِنْ أَيَّامٍ أَعْظَمُ عِنْدَ اللَّهِ، وَلا أَحَبُّ إِلَيْهِ الْعَمَلُ فِيهِنَّ مِنْ أَيَّامِ الْعَشْرِ، فَأَكْثِرُوا فِيهِنَّ التَّسْبِيحَ، وَالتَّكْبِيرَ، وَالتَّهْلِيلَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Bu günlərdə (Zil-Hiccə ayının on günündə) edilən yaxşı əməllər Allaha başqa günlərdə edilən əməllərdən daha sevimlidir”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, Allah yolunda edilən cihaddan da?!” Allah Elçisi ﷺ buyurdu: “Allah yolunda edilən cihaddan da! Yalnız öz canı və malı ilə Allah yolunda cihada gedib qayıtmayan (yəni şəhid olan) kişi istisnadır”. Digər rəvayətdə belə bir əlavə var: “Allah dərgahında bu günlərdən daha böyük gün yoxdur. Allaha bu on gündə edilən əməllərdən daha sevimli əməl yoxdur. Odur ki, həmin günlərdə təsbih (Subhən-Allah), təkbir (Allahu Əkbər) və təhlil (Lə iləhə illəllah) deməyi çoxaldın!””

İbn Abbas
HəsənFəzilətli əməllər, 341 (Kitab 8, 14)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 10953. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 890.

عَنْ جَابِرٍ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أَفْضَلُ أَيَّام الدُّنْيَا أَيَّامُ الْعَشْرِ» قيل: وَلاَ مثلهن في سبيل الله؟ قال: «وَلاَ مثلهن فِي سَبِيلِ اللهِ إِلاَّ رَجُلٌ عَفَّرَ وَجْهَهُ فِي التُّرَابِ».

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Dünyanın ən fəzilətli günləri (Zul-Hiccə ayının ilk) on günüdür”. Deyildi: “Allah yolunda onlara bərabər (günlər) varmı?” O buyurdu: “Onlara bərabər yalnız bir kişinin üzünün Allah yolunda toz-torpağa bulaşmasıdır”.”

Cabir
SəhihFəzilətli əməllər, 342 (Kitab 8, 15)

Qeyd

əl-Heysəmi “Kəşful-Əstər an Zəvaidil-Bəzzər” 1133. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1133.

Fəsil 7

Həc ziyarətində saçlarını qısaldanlar

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «اللَّهُمَّ اغْفِرْ لِلْمُحَلِّقِينَ». قَالُوا وَلِلْمُقَصِّرِينَ. قَالَ: «اللَّهُمَّ اغْفِرْ لِلْمُحَلِّقِينَ». قَالُوا وَلِلْمُقَصِّرِينَ. قَالَهَا ثَلاَثًا. قَالَ: «وَلِلْمُقَصِّرِينَ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ (həcc ziyarətində) dedi: “Allahım, saçını qırxdıranları bağışla!” Səhabələr: “Qısaldanları da, (ey Allahın Elçisi)?”- deyə soruşdular. O dedi: “Allahım, saçını qırxdıranları bağışla!” Onlar: “Qısaldanları da, (ey Allahın Elçisi)?”- deyə soruşdular. Peyğəmbər ﷺ bu duanı üç dəfə təkrar etdi. Bundan sonra isə dedi: “Qısaldanları da (bağışla)!””

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 343 (Kitab 8, 16)

Qeyd

əl-Buxari, 1613, 1728. Bu hədisdə Həcc edərkən saçlarını qırxdıranlar nəzərdə tutulur.

Fəsil 8

Kəbəni təvaf etməyin fəziləti

عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ قَالَ: سَمِعْتُ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ طَافَ بِالْبَيْتِ وَصَلَّى رَكْعَتَيْن كَانَ كَعِتْقِ رَقَبَه».

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim Kəbəni təvaf edər və iki rükət namaz qılarsa, bir köləni azad etmiş kimi savab qazanar”.”

Abdullah ibn Ömər
SəhihFəzilətli əməllər, 344 (Kitab 8, 17)

Qeyd

İbn Macə, 2956, 3069. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2725.

عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «الطَّوَافُ بِالْبَيْتِ صَلاَةٌ، وَلَكِنَّ اللهَ تَعَالَى أَحَلَّ فِيهِ الْمَنْطِقَ، فَمَنْ نَطَقَ فَلاَ يَنْطِقُ إِلاَّ بِخَيْرٍ».... «مَنْ طَافَ بِالْبَيْتِ أُسْبُوعًا لاَ يَضَعُ قَدَمًا ، وَلاَ يَرْفَعُ أُخْرَى ، إِلاَّ حَطَّ اللَّهُ عَنْهُ بِهَا خَطِيئَةً ، وَكَتَبَ لَهُ بِهَا حَسَنَةً ، وَرَفَعَ لَهُ بِهَا دَرَجَةً».

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Evi tavaf etmək namazdır, lakin Uca Allah onda danışmağı halal etmişdir. Kim danışarsa, yalnız xeyir söyləsin”. Digər rəvayətdə deyilir: “Kim Kəbəni yeddi dəfə təvaf edərsə, atdığı hər addıma görə Allah onun bir günahını silər, ona bir savab yazar və onun (məqamını) bir dərəcə qaldırar”.”

İbn Abbas
SəhihFəzilətli əməllər, 345 (Kitab 8, 18)

Qeyd

İbn Hibban, 3697. Hədis səhih li-ğeyrihidir. Bax: Mişkətul-Məsabih, 2580.

Fəsil 9

Qara daşın - Həcərul-Əsvədin fəziləti

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لَيَأْتِيَنَّ هَذَا الْحَجَرُ يَوْمُ الْقِيَامَةِ وَلَهُ عَينَانِ يُبْصِرُ بِهِمَا، وَلِسَانٌ يِنْطِقُ بِهِ، يَشْهَدُ عَلَى كُلِّ مَنْ يَسْتَلِمهُ بِحَقٍّ».

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bu daş (Həcərul-Əsvəd) mütləq Qiyamət günü görən gözləri və danışan dili olduğu halda gələcək və onu haqqı ilə ziyarət edən hər bir kəsə şahidlik edəcək”.”

İbn Abbas
SəhihFəzilətli əməllər, 346 (Kitab 8, 19)

Qeyd

İbn Macə, 2944, 3057. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5346.

عَنِ ابْنِ عُمَرَ قَالَ: سَمِعْتُ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «إِنَّ مَسْحَ الْحَجَرِ الأِسْوَدِ، وَالرُّكْن الْيَمَانِي، يحطانِ الْخَطَايَا حَطّاً».

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Qara daşı və Yəmən küncünü məsh etmək günahları silir”.”

İbn Ömər
SəhihFəzilətli əməllər, 347 (Kitab 8, 20)

Qeyd

İbn Hibban 3690. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2194.

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ الرُّكْنَ وَالْمَقَامَ، يَاقُوتَتَانِ مِنْ يَاقُوتِ الْجَنَّةِ، طَمَسَ اللهُ نُورَهُمَا، وَلَوْ لَمْ يَطْمِسْ نُورَهُمَا لأَضَاءَتَا مَا بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Rükn (Yəmən rüknü) və Məqam (İbrahim məqamı) Cənnət yaqutlarından iki yaqutdur. Allah onların nurunu almışdır. Əgər onların nurunu almasaydı, onlar şərqlə qərbin arasını işıqlandırardı”.”

Abdullah ibn Amr
SəhihFəzilətli əməllər, 348 (Kitab 8, 21)

Qeyd

ət-Tirmizi, 878, 887. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1147.

Fəsil 10

Zəm-zəm suyunun fəziləti

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ قَالَ: سَمِعْتُ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَاءُ زَمْزَم لِمَا شُرِبَ لَهُ».

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Zəm-zəm suyu nə məqsədlə içilirsə, onun üçün (faydalı) olur”.”

Cabir ibn Abdullah
SəhihFəzilətli əməllər, 349 (Kitab 8, 22)

Qeyd

İbn Macə, 3062, 3178. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5502.

عَنْ أَبِي ذَرٍّ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «زَمْزَمْ طَعَامُ طُعْمٍ وَشِفَاءُ سُقْمٍ».

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zəm-zəm suyu yeməyi əvəz edir və xəstəliklərə şəfadır”.”

Əbu Zərr
SəhihFəzilətli əməllər, 350 (Kitab 8, 23)

Qeyd

əl-Bəzzər, 3929. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3572.

عَنْ ابْنِ عَبَّاسٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَاءُ زَمْزَمَ لِمَا شُرِبَ لَهُ إِنْ شَرِبْتَهُ تَسْتَشْفِي بِهِ شَفَاكَ الله وَإِنْ شَرِبْتَهُ لِشِبَعِكَ أَشْبَعَكَ الله بِهِ وَإِنْ شَرِبْتَهُ لِتَقْطَعَ ظَمَأَكَ قَطَعَهُ الله وَهِيَ هَزْمَةُ جِبْرِيلَ وَسُقْيا الله إِسْمَاعِيلَ

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zəm-zəm suyu nə üçün içilirsə, onun üçün (faydalı) olur. Əgər sən şəfa tapmaq üçün içərsənsə, Allah sənə şəfa verər. Tox olmaq üçün içərsənsə, Allah səni tox edər. Susuzluğunu yatırmaq üçün içərsənsə, Allah sənin susuzluğunu yatırdar. O, Cəbrayılın bulaq açması və Allahın İsmayılı içirtməsidir”.”

İbn Abbas
HəsənFəzilətli əməllər, 351 (Kitab 8, 24)

Qeyd

əd-Dəraqutni, 238. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1164.

Fəsil 11

Ramazan ayında edilən ümrə

عَنْ أَبِى مَعْقِلٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «عُمْرَةٌ فِى رَمَضَانَ تَعْدِلُ حِجَّةً».

“Əbu Məqil ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ramazan ayında ümrə etmək həccə bərabərdir”.”

Əbu Məqil
SəhihFəzilətli əməllər, 352 (Kitab 8, 25)

Qeyd

İbn Macə, 2993, 3107. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4097.