Həcc və Ümrə

Qəbul olunmuş həccin mükafatı

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ حَجَّ لِلَّهِ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ رَجَعَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim Allah xatirinə həcc ziyarətini yerinə yetirsə, (ziyarət əsnasında) qadını ilə yaxınlıq etməsə və (digər) günah işlərdən çəkinsə, anadan doğulduğu gündə olduğu kimi (pak halda evinə) qayıdar”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 1424, 1521; Muslim, 1350, 2404, 3357.

İstinad

Fəzilətli əməllər, 337 (Kitab 8, 10)

Fəzilətli əməllər — Həcc və Ümrə