Zəm-zəm suyunun fəziləti
عَنْ ابْنِ عَبَّاسٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَاءُ زَمْزَمَ لِمَا شُرِبَ لَهُ إِنْ شَرِبْتَهُ تَسْتَشْفِي بِهِ شَفَاكَ الله وَإِنْ شَرِبْتَهُ لِشِبَعِكَ أَشْبَعَكَ الله بِهِ وَإِنْ شَرِبْتَهُ لِتَقْطَعَ ظَمَأَكَ قَطَعَهُ الله وَهِيَ هَزْمَةُ جِبْرِيلَ وَسُقْيا الله إِسْمَاعِيلَ
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zəm-zəm suyu nə üçün içilirsə, onun üçün (faydalı) olur. Əgər sən şəfa tapmaq üçün içərsənsə, Allah sənə şəfa verər. Tox olmaq üçün içərsənsə, Allah səni tox edər. Susuzluğunu yatırmaq üçün içərsənsə, Allah sənin susuzluğunu yatırdar. O, Cəbrayılın bulaq açması və Allahın İsmayılı içirtməsidir”.”
Qeyd
əd-Dəraqutni, 238. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1164.
İstinad
Fəzilətli əməllər, 351 (Kitab 8, 24)
Fəzilətli əməllər — Həcc və Ümrə