Kəbəni təvaf etməyin fəziləti
عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «الطَّوَافُ بِالْبَيْتِ صَلاَةٌ، وَلَكِنَّ اللهَ تَعَالَى أَحَلَّ فِيهِ الْمَنْطِقَ، فَمَنْ نَطَقَ فَلاَ يَنْطِقُ إِلاَّ بِخَيْرٍ».... «مَنْ طَافَ بِالْبَيْتِ أُسْبُوعًا لاَ يَضَعُ قَدَمًا ، وَلاَ يَرْفَعُ أُخْرَى ، إِلاَّ حَطَّ اللَّهُ عَنْهُ بِهَا خَطِيئَةً ، وَكَتَبَ لَهُ بِهَا حَسَنَةً ، وَرَفَعَ لَهُ بِهَا دَرَجَةً».
“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Evi tavaf etmək namazdır, lakin Uca Allah onda danışmağı halal etmişdir. Kim danışarsa, yalnız xeyir söyləsin”. Digər rəvayətdə deyilir: “Kim Kəbəni yeddi dəfə təvaf edərsə, atdığı hər addıma görə Allah onun bir günahını silər, ona bir savab yazar və onun (məqamını) bir dərəcə qaldırar”.”
Qeyd
İbn Hibban, 3697. Hədis səhih li-ğeyrihidir. Bax: Mişkətul-Məsabih, 2580.
İstinad
Fəzilətli əməllər, 345 (Kitab 8, 18)
Fəzilətli əməllər — Həcc və Ümrə