Həcc və Ümrə

Qara daşın - Həcərul-Əsvədin fəziləti

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ الرُّكْنَ وَالْمَقَامَ، يَاقُوتَتَانِ مِنْ يَاقُوتِ الْجَنَّةِ، طَمَسَ اللهُ نُورَهُمَا، وَلَوْ لَمْ يَطْمِسْ نُورَهُمَا لأَضَاءَتَا مَا بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Rükn (Yəmən rüknü) və Məqam (İbrahim məqamı) Cənnət yaqutlarından iki yaqutdur. Allah onların nurunu almışdır. Əgər onların nurunu almasaydı, onlar şərqlə qərbin arasını işıqlandırardı”.”

Abdullah ibn Amr
Səhih

Qeyd

ət-Tirmizi, 878, 887. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1147.

İstinad

Fəzilətli əməllər, 348 (Kitab 8, 21)

Fəzilətli əməllər — Həcc və Ümrə