Həcc və Ümrə

Zil-Hiccənin ilk on günü

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَا مِنْ أَيَّامٍ الْعَمَلُ الصَّالِحُ فِيهَا أَحَبُّ إِلَى اللَّهِ مِنْ هَذِهِ الأَيَّامِ». يَعْنِى الْعَشْرَ. قَالُوا يَا رَسُولَ اللَّهِ وَلاَ الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ قَالَ «وَلاَ الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ إِلاَّ رَجُلٌ خَرَجَ بِنَفْسِهِ وَمَالِهِ فَلَمْ يَرْجِعْ مِنْ ذَلِكَ بِشَىْءٍ». مَا مِنْ أَيَّامٍ أَعْظَمُ عِنْدَ اللَّهِ، وَلا أَحَبُّ إِلَيْهِ الْعَمَلُ فِيهِنَّ مِنْ أَيَّامِ الْعَشْرِ، فَأَكْثِرُوا فِيهِنَّ التَّسْبِيحَ، وَالتَّكْبِيرَ، وَالتَّهْلِيلَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Bu günlərdə (Zil-Hiccə ayının on günündə) edilən yaxşı əməllər Allaha başqa günlərdə edilən əməllərdən daha sevimlidir”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, Allah yolunda edilən cihaddan da?!” Allah Elçisi ﷺ buyurdu: “Allah yolunda edilən cihaddan da! Yalnız öz canı və malı ilə Allah yolunda cihada gedib qayıtmayan (yəni şəhid olan) kişi istisnadır”. Digər rəvayətdə belə bir əlavə var: “Allah dərgahında bu günlərdən daha böyük gün yoxdur. Allaha bu on gündə edilən əməllərdən daha sevimli əməl yoxdur. Odur ki, həmin günlərdə təsbih (Subhən-Allah), təkbir (Allahu Əkbər) və təhlil (Lə iləhə illəllah) deməyi çoxaldın!””

İbn Abbas
Həsən

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 10953. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 890.

İstinad

Fəzilətli əməllər, 341 (Kitab 8, 14)

Fəzilətli əməllər — Həcc və Ümrə