Qəbul olunmuş həccin mükafatı
عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «تَابِعُوا بَيْنَ الْحَجِّ وَالْعُمْرَةِ فَإِنَّهُمَا يَنْفِيَانِ الْفَقْرَ وَالذُّنُوبَ كَمَا يَنْفِى الْكِيرُ خَبَثَ الْحَدِيدِ وَالذَّهَبِ وَالْفِضَّةِ وَلَيْسَ لِلْحَجَّةِ الْمَبْرُورَةِ ثَوَابٌ إِلاَّ الْجَنَّةُ».
“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həcc və ümrəni ardıcıl edin, çünki körük dəmirin, qızılın və gümüşün pasını apardığı kimi onlar da kasıblığı və günahları aparır. Qəbul olunmuş həccin mükafatı isə ancaq Cənnətdir”.”
Qeyd
ət-Tirmizi, 810, 815. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2901.
İstinad
Fəzilətli əməllər, 335 (Kitab 8, 8)
Fəzilətli əməllər — Həcc və Ümrə