Həc ziyarətində saçlarını qısaldanlar
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «اللَّهُمَّ اغْفِرْ لِلْمُحَلِّقِينَ». قَالُوا وَلِلْمُقَصِّرِينَ. قَالَ: «اللَّهُمَّ اغْفِرْ لِلْمُحَلِّقِينَ». قَالُوا وَلِلْمُقَصِّرِينَ. قَالَهَا ثَلاَثًا. قَالَ: «وَلِلْمُقَصِّرِينَ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ (həcc ziyarətində) dedi: “Allahım, saçını qırxdıranları bağışla!” Səhabələr: “Qısaldanları da, (ey Allahın Elçisi)?”- deyə soruşdular. O dedi: “Allahım, saçını qırxdıranları bağışla!” Onlar: “Qısaldanları da, (ey Allahın Elçisi)?”- deyə soruşdular. Peyğəmbər ﷺ bu duanı üç dəfə təkrar etdi. Bundan sonra isə dedi: “Qısaldanları da (bağışla)!””
Qeyd
əl-Buxari, 1613, 1728. Bu hədisdə Həcc edərkən saçlarını qırxdıranlar nəzərdə tutulur.
İstinad
Fəzilətli əməllər, 343 (Kitab 8, 16)
Fəzilətli əməllər — Həcc və Ümrə