Oruc

Orucun fəziləti

عَنْ سَهْلٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ فِى الْجَنَّةِ بَابًا يُقَالُ لَهُ الرَّيَّانُ، يَدْخُلُ مِنْهُ الصَّائِمُونَ يَوْمَ الْقِيَامَةِ، لاَ يَدْخُلُ مِنْهُ أَحَدٌ غَيْرُهُمْ يُقَالُ أَيْنَ الصَّائِمُونَ فَيَقُومُونَ، لاَ يَدْخُلُ مِنْهُ أَحَدٌ غَيْرُهُمْ، فَإِذَا دَخَلُوا أُغْلِقَ، فَلَمْ يَدْخُلْ مِنْهُ أَحَدٌ».

“Səhl ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Cənnətdə Rəyyan adlı bir qapı var, Qiyamət günü bu qapıdan oruc tutanlar daxil olacaqlar, onlardan başqa heç kəs bu qapıdan keçə bilməyəcək, (o gün): “Oruc tutanlar haradadır?”– deyiləcək və oruc tutanlar ayağa qalxacaqlar, onlardan başqa heç kəs bu qapıdan keçə bilməyəcək, onlar içəri daxil olduqdan sonra (qapılar) bağlanacaq və (bundan sonra) heç kəs o qapıdan (Cənnətə) daxil ola bilməyəcək”.”

Səhl
Səhih

Qeyd

əl-Buxari, 1763, 1896.

İstinad

Fəzilətli əməllər, 357 (Kitab 9, 5)

Fəzilətli əməllər — Oruc