Kitab 9

Oruc

35

hədis

Fəsil 1

Orucun fəziləti

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «الصِّيَامُ جُنَّةٌ، فَلاَ يَرْفُثْ وَلاَ يَجْهَلْ، وَإِنِ امْرُؤٌ قَاتَلَهُ أَوْ شَاتَمَهُ فَلْيَقُلْ إِنِّى صَائِمٌ. مَرَّتَيْنِ، وَالَّذِى نَفْسِى بِيَدِهِ لَخُلُوفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللَّهِ تَعَالَى مِنْ رِيحِ الْمِسْكِ، يَتْرُكُ طَعَامَهُ وَشَرَابَهُ وَشَهْوَتَهُ مِنْ أَجْلِى، الصِّيَامُ لِى، وَأَنَا أَجْزِى بِهِ، وَالْحَسَنَةُ بِعَشْرِ أَمْثَالِهَا»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Oruc qalxandır. Qoy (oruc tutan adam) günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onunla dalaşmaq istəsə və ya söysə, qoy iki dəfə: “Mən oruc tutmuşam”- desin. Canım Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu Uca Allahın yanında müşk qoxusundan daha gözəldir. (Allah buyurur:) “O, Mənə görə öz yeməyindən, içməyindən və şəhvətindən imtina etmişdir. Oruc isə Mənim üçündür və Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm. Yaxşı əməlin əvəzi on qat veriləcəkdir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 353 (Kitab 9, 1)

Qeyd

əl-Buxari, 1761, 1795, 1894.

عَنْ أَبِى هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «قَالَ اللَّهُ كُلُّ عَمَلِ ابْنِ آدَمَ لَهُ إِلاَّ الصِّيَامَ، فَإِنَّهُ لِى، وَأَنَا أَجْزِى بِهِ. وَالصِّيَامُ جُنَّةٌ، وَإِذَا كَانَ يَوْمُ صَوْمِ أَحَدِكُمْ، فَلاَ يَرْفُثْ وَلاَ يَصْخَبْ، فَإِنْ سَابَّهُ أَحَدٌ، أَوْ قَاتَلَهُ فَلْيَقُلْ إِنِّى امْرُؤٌ صَائِمٌ. وَالَّذِى نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَخُلُوفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللَّهِ مِنْ رِيحِ الْمِسْكِ، لِلصَّائِمِ فَرْحَتَانِ يَفْرَحُهُمَا إِذَا أَفْطَرَ فَرِحَ، وَإِذَا لَقِىَ رَبَّهُ فَرِحَ بِصَوْمِهِ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Allah buyurur:) “Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc Mənim üçündür və elə buna görə də Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm”. Oruc bir qalxandır. Sizdən biriniz oruc tutduğu zaman günah işlər görməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, qoy desin: “Mən oruc tutmuşam”. Muhəmmədin canı Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu Allah qatında müşk qoxusundan daha gözəldir. Oruc tutan adamın iki sevinc anı var: orucunu açdığı iftar vaxtında sevinir; bir də Rəbbinə qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 354 (Kitab 9, 2)

Qeyd

əl-Buxari, 1904, 5472, 5927; Muslim, 1151, 1944, 2762.

فَقَالَ عُثْمَانُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «الصِّيَامُ جُنَّةٌ مِنَ النَّارِ كَجُنَّةِ أَحَدِكُمْ مِنَ الْقِتَالِ».

“Rəvayət edilir ki, Osman (ibn Əbul-As əs-Səqafi) ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə duyurduğunu eşitdim: “Sizdən birinizin döyüş üçün qalxanı olduğu kimi, oruc da Cəhənnəm odundan (qoruyan) bir qalxandır”.”

Osman
SəhihFəzilətli əməllər, 355 (Kitab 9, 3)

Qeyd

İbn Macə, 1639, 1708. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3879.

عَنْ أَبِى أُمَامَةَ أَنَّهُ سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَىُّ الْعَمَلِ أَفْضَلُ قَالَ «عَلَيْكَ بِالصَّوْمِ فَإِنَّهُ لاَ عِدْلَ لَهُ».

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ Allah Elçisindən ﷺ soruşdu: “Hansı əməl daha fəzilətlidir?” O buyurdu: “Oruc tut, çünki onun tayı-bərabəri yoxdur”.”

Əbu Umamə
SəhihFəzilətli əməllər, 356 (Kitab 9, 4)

Qeyd

ən-Nəsəi “Sunən” 2222, 2234. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1937.

عَنْ سَهْلٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ فِى الْجَنَّةِ بَابًا يُقَالُ لَهُ الرَّيَّانُ، يَدْخُلُ مِنْهُ الصَّائِمُونَ يَوْمَ الْقِيَامَةِ، لاَ يَدْخُلُ مِنْهُ أَحَدٌ غَيْرُهُمْ يُقَالُ أَيْنَ الصَّائِمُونَ فَيَقُومُونَ، لاَ يَدْخُلُ مِنْهُ أَحَدٌ غَيْرُهُمْ، فَإِذَا دَخَلُوا أُغْلِقَ، فَلَمْ يَدْخُلْ مِنْهُ أَحَدٌ».

“Səhl ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Cənnətdə Rəyyan adlı bir qapı var, Qiyamət günü bu qapıdan oruc tutanlar daxil olacaqlar, onlardan başqa heç kəs bu qapıdan keçə bilməyəcək, (o gün): “Oruc tutanlar haradadır?”– deyiləcək və oruc tutanlar ayağa qalxacaqlar, onlardan başqa heç kəs bu qapıdan keçə bilməyəcək, onlar içəri daxil olduqdan sonra (qapılar) bağlanacaq və (bundan sonra) heç kəs o qapıdan (Cənnətə) daxil ola bilməyəcək”.”

Səhl
SəhihFəzilətli əməllər, 357 (Kitab 9, 5)

Qeyd

əl-Buxari, 1763, 1896.

Fəsil 2

Ramazan orucunun fəziləti

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ صَامَ رَمَضَانَ، إِيْمَاناً وَ احْتِسَاباً، غُفِرَ لَهُ مَا تَقَدَمَ مِنْ ذَنْبِهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Ramazan ayını imanla, mükafatını (yalnız Allahdan) umaraq oruc tutarsa, onun keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 358 (Kitab 9, 6)

Qeyd

əl-Buxari, 38.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "إِذَا كَانَ أَوَّلُ لَيْلَهٍ مِنْ شَهْرِ رَمَضَانَ صُفِّدَتِ الشّيَاطِينُ وَمَرَدَةُ الْجِنِّ، وَغُلِّقَتْ أَبْوَابُ النَّارِ فَلَمْ يُفْتَحْ مِنْهَا بَابٌ، وَفُتِّحَتْ أَبْوَابُ الْجَنَّةِ فَلَمْ يُغْلَقْ مِنْهَا بَابٌ، وَيُنَادِي مُنَادٍ: يَا بَاغِيَ الْخَيْرِ أَقْبِلْ، وَيَا بَاغِيَ الشّرِّ اقْصِرْ، وَللهِ عُتَقَاءُ مِنَ النَّارِ وَذَلِكَ كُلَّ لَيْلَهٍ"

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ramazan ayının birinci gecəsi yetişdiyi zaman şeytanlar və azğın cinlər zəncirlənir, üstəlik, Cəhənnəmin qapıları bağlanır və heç bir qapısı açıq qalmır. Cənnətin qapıları açılır və heç bir qapısı bağlı qalmır. Həmin vaxt carçı belə səslənir: “Ey xeyir istəyən kəs, (Allaha daha çox ibadət etməyə) tələs! Ey şərə meyilli olan kəs, (tövbə et, haqq yola) qayıt! Allahın Cəhənnəm odundan xilas etdiyi kimsələr var. Bu da, (Ramazan ayının) hər gecəsinə aiddir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 359 (Kitab 9, 7)

Qeyd

ət-Tirmizi, 682, 684. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1960.

عَنْ أَبِي سَعِيْدٍ الْخُدْرِيِّ ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : " إِنَّ لِلَّهِ تَبَارَكَ وَتَعَالَى عُتَقَاءَ فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ - يَعْنِي فِي رَمَضَان - وَإِنَّ لِكُلِّ مُسْلِم فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ دَعْوَةٌ مُسْتَجَابَةٌ ".

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Uca Allahın Ramazan ayının hər günü və gecəsi (Cəhənnəmdən) azad etdiyi qulları var. Hər bir müsəlmanın da Ramazan ayının günü və gecəsində qəbul olunan duası var”.”

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 360 (Kitab 9, 8)

Qeyd

əl-Heysəmi “Kəşful-Əstər an Zəvaidil-Bəzzər” 962; ət-Tabərani “Mucəmul-Əvsat” 6401; əl-Heysəmi “Məcməuz-Zəvaid” 4793. Əhməd, 7443, 7450. Hədis səhih li-ğeyrihidir. Bax: Sahihut-Tərğib vət-Tərhib, 1002.

Fəsil 3

Nafilə oruclar

عَنْ أُمَّ هَانِئ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ: «الصَّائِمُ الْمُتَطوِّع أَمِيرَ نَفْسِهِ، إِنْ شَاءَ صَامَ وَإِنْ شَاءَ أَفْطَر».

“Ummu Hani ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Nafilə oruc hər kəsin öz ixtiyarındadır. İstəsə, tutar, istəsə də, onu pozar”.”

Ummu Hani
SəhihFəzilətli əməllər, 361 (Kitab 9, 9)

Qeyd

əl-Hakim, 1599. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3854.

عَنْ أَبِى سَعِيدٍ قَالَ: سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ صَامَ يَوْمًا فِى سَبِيلِ اللَّهِ بَعَّدَ اللَّهُ وَجْهَهُ عَنِ النَّارِ سَبْعِينَ خَرِيفًا».

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim Allah yolunda bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəm odundan yetmiş illik (məsafəyədək) uzaqlaşdırar”.”

Əbu Səid
SəhihFəzilətli əməllər, 362 (Kitab 9, 10)

Qeyd

əl-Buxari, 2628, 2840; Muslim, 1949, 2704, 2767.

عَنْ أَبِي أُمَامَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ صَامَ يَوْماً فِي سَبِيلِ اللهِ، جَعَلَ اللهُ بَيْنَهُ وَبَيْنَ النَّارِ خَنْدَقاً كَمَا بَيْنَ السَّمَاءِ وَالأَرْضِ».

“Əbu Umamə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim Allah yolunda bir gün oruc tutarsa, Allah onunla Cəhənnəm odu arasında yerlə göy arasında olduğu məsafə qədər bir xəndək meydana gətirər”.”

Əbu Umamə
SəhihFəzilətli əməllər, 363 (Kitab 9, 11)

Qeyd

ət-Tirmizi, 1624, 1724. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 991.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ قَالَ: قَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَا عَبْدَ اللَّهِ أَلَمْ أُخْبَرْ أَنَّكَ تَصُومُ النَّهَارَ وَتَقُومُ اللَّيْلَ». فَقُلْتُ بَلَى يَا رَسُولَ اللَّهِ. قَالَ: «فَلاَ تَفْعَلْ، صُمْ وَأَفْطِرْ، وَقُمْ وَنَمْ، فَإِنَّ لِجَسَدِكَ عَلَيْكَ حَقًّا، وَإِنَّ لِعَيْنِكَ عَلَيْكَ حَقًّا، وَإِنَّ لِزَوْجِكَ عَلَيْكَ حَقًّا، وَإِنَّ لِزَوْرِكَ عَلَيْكَ حَقًّا، وَإِنَّ بِحَسْبِكَ أَنْ تَصُومَ كُلَّ شَهْرٍ ثَلاَثَةَ أَيَّامٍ، فَإِنَّ لَكَ بِكُلِّ حَسَنَةٍ عَشْرَ أَمْثَالِهَا، فَإِنَّ ذَلِكَ صِيَامُ الدَّهْرِ كُلِّهِ». فَشَدَّدْتُ، فَشُدِّدَ عَلَىَّ، قُلْتُ يَا رَسُولَ اللَّهِ، إِنِّى أَجِدُ قُوَّةً. قَالَ:«فَصُمْ صِيَامَ نَبِىِّ اللَّهِ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ وَلاَ تَزِدْ عَلَيْهِ». قُلْتُ وَمَا كَانَ صِيَامُ نَبِىِّ اللَّهِ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ قَالَ:«نِصْفَ الدَّهْرِ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ demişdir: “Allah Elçisi ﷺ mənə belə buyurdu: “Ey Abdullah, elə bilirsən ki, sənin (ara vermədən) gündüzlər oruc tutub, gecələr namaz qıldığını mənə xəbər verməyiblər?!” Mən dedim: “Bilirəm ki, xəbərin var, ey Allahın Elçisi!” O buyurdu: “Belə etmə! Hərdən oruc tut, hərdən də tutma, gecənin bir hissəsini namaz qıl, bir hissəsini də yat! Sözsüz ki, bədəninin sənin üzərində haqqı var, gözlərinin sənin üzərində haqqı var, həyat yoldaşının sənin üzərində haqqı var, qonağının sənin üzərində haqqı var. Şübhəsiz ki, hər ayın üç gününü oruc tutmaq sənə yetər. Belə ki, bir yaxşılığın əvəzi sənə on qat verilər. Bu da tam bir ilin orucuna bərabər olar”. Mən daha çox (rüsxət istədim), lakin daha da sərt münasibət gördüm. Mən dedim: “Ey Allahın Elçisi, mən özümdə oruc tutmağa qüvvə hiss edirəm”. Peyğəmbər ﷺ buyurdu: “Elə isə Allahın peyğəmbəri Davudun ﵇ tutduğu orucu tut və buna heç nə əlavə etmə!” Mən soruşdum: “Allahın peyğəmbəri Davudun ﵇ tutduğu oruc necə idi ki?” Peyğəmbər ﷺ buyurdu: “İlin yarısını (oruc tutardı)!””

Abdullah ibn Amr ibn əl-As
SəhihFəzilətli əməllər, 364 (Kitab 9, 12)

Qeyd

əl-Buxari, 1839, 1975; Muslim, 1963, 2721, 2787.

Fəsil 4

Arafa və Aşura oruclarının fəziləti

عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِصَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : «مَنْ صَامَ يَوْمَ عَرَفَة غُفِرَ لَهُ سَنَتَينِ مُتَتَابِعَتَينِ». ...«وَسُئِلَ عَنْ صَوْمِ يَوْمِ عَاشُورَاءَ فَقَالَ «يُكَفِّرُ السَّنَةَ الْمَاضِيَةَ».

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Arafa günü oruc tutarsa, bir il keçmiş və bir il gələcək günahları bağışlanar”. Digər rəvayətdə deyilir: “...Allah Elçisindən ﷺ Aşura gününün orucu barədə soruşduqda: “Keçmiş ildə işlənmiş günahları yuyacaq!”- deyə cavab vermişdir”.”

Səhl ibn Səd
SəhihFəzilətli əməllər, 365 (Kitab 9, 13)

Qeyd

Muslim, 1162, 2804.

Fəsil 5

Muhərrəm ayında tutulan oruc

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَفْضَلُ الصِّيَامِ بَعْدَ رَمَضَانَ شَهْرُ اللَّهِ الْمُحَرَّمُ وَأَفْضَلُ الصَّلَاةِ بَعْدَ الْفَرِيضَةِ صَلَاةُ اللَّيْلِ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ramazandan sonra ən fəzilətli oruc, Allahın ayı olan Muhərrəm ayında tutulan orucdur. Vacib namazlardan sonra ən fəzilətli namaz isə gecə namazıdır”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 366 (Kitab 9, 14)

Qeyd

Muslim, 1163, 1982.

Fəsil 6

Bazar ertəsi və cümə axşamı tutulan orucların fəziləti

عَنْ أَبِي قَتَادَةَ الْأَنْصَارِيِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ عَنْ صَوْمِ الِاثْنَيْنِ فَقَالَ فِيهِ وُلِدْتُ وَفِيهِ أُنْزِلَ عَلَيَّ

“Əbu Qatədə əl-Ənsari ﵁ rəvayət edir ki, Allah Elçisindən ﷺ bazar ertəsi gününün orucu barəsində soruşdular. O, belə buyurdu: “Mən o gün doğuldum və (Quran) mənə o gün nazil oldu”.”

Əbu Qatədə əl-Ənsari
SəhihFəzilətli əməllər, 367 (Kitab 9, 15)

Qeyd

Muslim, 1162, 1978, 2807.

حَدَّثَنِى أُسَامَةُ بْنُ زَيْدٍ قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّكَ تَصُومُ حَتَّى لاَ تَكَادَ تُفْطِرُ وَتُفْطِرُ حَتَّى لاَ تَكَادَ أَنْ تَصُومَ إِلاَّ يَوْمَيْنِ إِنْ دَخَلاَ فِى صِيَامِكَ وَإِلاَّ صُمْتَهُمَا. قَالَ «أَىُّ يَوْمَيْنِ». قُلْتُ يَوْمَ الاِثْنَيْنِ وَيَوْمَ الْخَمِيسِ. قَالَ «ذَانِكَ يَوْمَانِ تُعْرَضُ فِيهِمَا الأَعْمَالُ عَلَى رَبِّ الْعَالَمِينَ فَأُحِبُّ أَنْ يُعْرَضَ عَمَلِى وَأَنَا صَائِمٌ».

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi! Bəzən sən ara vermədən oruc tutursan, bəzən isə iki gün istisna olmaqla uzun müddət oruc tutmursan. Bu iki gündə isə orucu buraxmırsan”. Allah Elçisi ﷺ soruşdu: “O hansı iki gündür elə?” Mən də: “Bazar ertəsi və cümə axşamı”- deyə cavab verdim. Allah Elçisi ﷺ dedi: “O iki gündə əməllər Allaha təqdim olunur. Mən də əməllərimin oruclu ikən Allaha təqdim olunmasını istəyirəm”.”

Usamə ibn Zeyd
SəhihFəzilətli əməllər, 368 (Kitab 9, 16)

Qeyd

ən-Nəsəi “Sunən” 2358, 2370. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1043.

Fəsil 7

Şaban ayı tutulan orucun fəziləti

حَدَّثَنِى أُسَامَةُ بْنُ زَيْدٍ قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ لَمْ أَرَكَ تَصُومُ شَهْرًا مِنَ الشُّهُورِ مَا تَصُومُ مِنْ شَعْبَانَ. قَالَ «ذَلِكَ شَهْرٌ يَغْفُلُ النَّاسُ عَنْهُ بَيْنَ رَجَبٍ وَرَمَضَانَ وَهُوَ شَهْرٌ تُرْفَعُ فِيهِ الأَعْمَالُ إِلَى رَبِّ الْعَالَمِينَ فَأُحِبُّ أَنْ يُرْفَعَ عَمَلِى وَأَنَا صَائِمٌ».

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi! Sənin heç bir ayda Şaban ayındakı kimi oruc tutduğunu görmədim”. Allah Elçisi ﷺ buyurdu: “Bu, Rəcəb və Ramazan arasında insanların qafil olduqları bir aydır. Bu ayda əməllər aləmlərin Rəbbinə yüksəldilir. Mən də əməlimin (Allaha) oruclu olduğum halda yüksəlməsini istəyirəm”.”

Usamə ibn Zeyd
HəsənFəzilətli əməllər, 369 (Kitab 9, 17)

Qeyd

ən-Nəsəi “Sunən” 2357, 2369. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 4/103, hədis 948.

عَنْ عَائِشَةَ قَالَتْ: لَمْ يَكُنِ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَصُومُ شَهْرًا أَكْثَرَ مِنْ شَعْبَانَ، فَإِنَّهُ كَانَ يَصُومُ شَعْبَانَ كُلَّهُ، وَكَانَ يَقُولُ: «خُذُوا مِنَ الْعَمَلِ مَا تُطِيقُونَ، فَإِنَّ اللَّهَ لاَ يَمَلُّ حَتَّى تَمَلُّوا» وَأَحَبُّ الصَّلاَةِ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَا دُووِمَ عَلَيْهِ، وَإِنْ قَلَّتْ وَكَانَ إِذَا صَلَّى صَلاَةً دَاوَمَ عَلَيْهَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ heç bir ayda şaban ayında tutduğu qədər çox oruc tutmazdı. Elə olurdu ki, o, şaban ayını başdan-başa oruc tuturdu. O deyərdi: “Gücünüz çatan işləri görün! Siz usanmadıqca Allah usanmaz”. Peyğəmbərin ﷺ ən çox xoşuna gələn namaz, qısa da olsa, davamlı qılınanı idi. O, hər hansı bir namazı qılardısa, onu davamlı qılardı”.”

Aişə
SəhihFəzilətli əməllər, 370 (Kitab 9, 18)

Qeyd

əl-Buxari, 1834, 1970.

Fəsil 8

Şəvval ayında tutulan altı günlük oruc

عَنْ أَبِي أَيُّوبَ الْأَنْصَارِيِّ أَنَّهُ حَدَّثَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَنْ صَامَ رَمَضَانَ ثُمَّ أَتْبَعَهُ سِتًّا مِنْ شَوَّالٍ كَانَ كَصِيَامِ الدَّهْرِ

“Əbu Əyyub ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Ramazan ayını oruc tutsa, sonra buna Şəvval ayının altı gününü də əlavə etsə, il boyu oruc tutmuş kimidir”.”

Əbu Əyyub
SəhihFəzilətli əməllər, 371 (Kitab 9, 19)

Qeyd

Muslim, 1164, 1984, 2815.

عَنْ ثَوبَانَ أَنَّهُ سَمِعَ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «جَعَلَ اللهُ الْحَسَنَةَ بِعَشْرِ أَمْثَالِهَا، الشَّهْرُ بِعَشْرَةِ أَشْهُرٍ، وَصِيَامُ سِتّة أَيَّامٍ بَعْدَ الشَّهَرِ تَمَامُ السَّنَةِ».

“Rəvayət edilir ki, Səvban ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Allah hər bir yaxşı əmələ görə on qat mükafat verir. Bir ay on aya bərabərdir, (Ramazan) ayından sonra altı gün oruc tutmaq isə ili tamamlayır”.”

Səvban
SəhihFəzilətli əməllər, 372 (Kitab 9, 20)

Qeyd

İbn Asakir “Tarixu Diməşq” 54/82; İbn Xuzeymə, 2115. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3094.

Fəsil 9

Hər ayın üç günü tutulan orucun fəziləti

أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «صَوْمُ شَهْرِ الصَّبْرِ وَثَلاَثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ صَوْمُ )الدَّهْرِ( يُذْهِبْنَ وَحَرَ الصَّدْرِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Səbir (Ramazan) ayı və hər ay üç gün oruc tutmaq il boyu oruc tutmaq kimidir və qəlbin kinini aparır”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 373 (Kitab 9, 21)

Qeyd

Əhməd, 9222, 20738, 23070. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3803-3804.

عَنِ ابْنِ مِلْحَانَ الْقَيْسِيِّ عَنْ أَبِيهِ قَالَ: «كَانَ رَسُولُ اللَّهِ يَأْمُرُنَا أَنْ نَصُومَ الْبِيضَ ثَلاَثَ عَشْرَةَ وَأَرْبَعَ عَشْرَةَ وَخَمْسَ عَشْرَةَ». قَالَ: وَقَالَ: «هُنَّ كَهَيْئَةِ الدَّهْرِ».

“Rəvayət edilir ki, İbn Milhən əl-Qeysi atasının ﵁ belə dediyini rəvayət demişdir: “Allah Elçisi ﷺ bizə hər ayın on üçüncü, on dördüncü və on beşinci günlərini oruc tutmağı əmr edərək buyurmuşdur: “Bunlar bir ilin orucu kimidir”.”

İbn Milhən əl-Qeysi atasından
SəhihFəzilətli əməllər, 374 (Kitab 9, 22)

Qeyd

Əbu Davud, 2449, 2451. Hədis səhihdir. Bax: Səhih Əbu Davud, 2115.

عَنْ مُعَاوِيَةَ بْنِ قُرَّةَ عَنْ أَبِيهِ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِي صِيَامِ ثَلَاثَةِ أَيَّامٍ مِنْ الشَّهْرِ صَوْمُ الدَّهْرِ وَإِفْطَارُهُ

“Muaviyə ibn Qurra atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Hər aydan üç gün oruc tutmaq il boyu oruc tutmaq kimidir”.”

Muaviyə ibn Qurra atasından
SəhihFəzilətli əməllər, 375 (Kitab 9, 23)

Qeyd

Əhməd, 16249, 16294. Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildirmişdir.

عَنْ أَبِي ذَرٍّ قَالَ : قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ صَامَ مِنْ كُلِّ شَهْرٍ ثَلاَثةَ أَيَّامٍ ، فَذَلِكَ صِيَامُ الدَّهْرِ». فَأَنْزَلَ اللهُ عَزَّ وَجَلَّ تَصْدِيقَ ذَلِكَ فِي كِتَابِهِ }مَنْ جَآءَ بِالْحسنةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا{ الْيَوْم بِعَشْرَةِ أَيَّامٍ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim hər aydan üç gün oruc tutarsa, il boyu oruc tutmuş kimidir”. Allah ﷿ bunun təsdiqini Öz Kitabında belə nazil etmişdir: “Kim Qiyamət günü yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər” (əl-Ənam, 160). Bir gün on günə bərabərdir”.”

Əbu Zərr
SəhihFəzilətli əməllər, 376 (Kitab 9, 24)

Qeyd

ət-Tirmizi, 762, 767. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1035.

Fəsil 10

Qədr gecəsinin fəziləti

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ يَقُمْ لَيْلَةَ الْقَدْرِ، إِيْمَاناً وَ احْتِسَاباً، غُفِرَ لَهُ مَا تَقَدَمَ مِنْ ذَنْبِهِ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Qədr gecəsini imanla və mükafatını Allahdan umaraq ibadət edərsə, keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 377 (Kitab 9, 25)

Qeyd

əl-Buxari, 35.

Fəsil 11

Evlənməyə imkanı olmayan oruc tutsun!

عَنْ عَبْدِ اللَّهِ قَالَ: كُنَّا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «مَنِ اسْتَطَاعَ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ وَأَحْصَنُ لِلْفَرْجِ، وَمَنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِالصَّوْمِ، فَإِنَّهُ لَهُ وِجَاءٌ».

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə olarkən o, belə buyurdu: “Qoy evlənməyə imkanı olan hər kəs evlənsin, çünki evlilik, gözləri və cinsiyyət üzvünü (zinadan) qoruyan ən yaxşı səbəbdir. İmkanı olmayanlar isə oruc tutsunlar, çünki oruc (insanın) şəhvətini soyudur”.”

Abdullah
SəhihFəzilətli əməllər, 378 (Kitab 9, 26)

Qeyd

əl-Buxari, 1772, 1905.

Fəsil 12

Son əməli orucla bitən

عَنْ حُذَيْفَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قاَلَ: «مَنْ خُتِمَ لَهُ بِصِيَامِ يُوْمٍ دَخَلَ الْجَنَّة».

“Huzeyfə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kimin son əməli orucla bitərsə, Cənnətə daxil olar”.”

Huzeyfə
SəhihFəzilətli əməllər, 379 (Kitab 9, 27)

Qeyd

əl-Bəzzər, 2781, 2854. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6224.

Fəsil 13

Səhurda bərəkət var

عَنْ سَلْمَانَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "الْبَرَكَةُ فِي ثَلاثَةٍ: فِي الْجَمَاعَةِ، وَالثَّرِيدِ، وَالسحُورِ"

“Rəvayət edilir ki, Salman ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bərəkət üç şeydədir; camaatda, səriddə və səhurda”.”

Salman
HəsənFəzilətli əməllər, 380 (Kitab 9, 28)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 6004, 6127. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1065.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «تَسَحَّرُوا فَإِنَّ فِى السَّحُورِ بَرَكَةً».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Səhur yeməyini yeyin! Həqiqətən, səhurda bərəkət var”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 381 (Kitab 9, 29)

Qeyd

əl-Buxari, 1789, 1923; Muslim, 1095, 1835, 2603.

عَنْ أَبِي سَعِيدٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «السَّحُورُ أَكْلهُ بَرَكْهٌ فَلاَ تَدَعُوهُ، وَلَوْ أَنْ يَجْرَعَ أَحَدُكُمْ جُرْعَةً مِنْ مَاءٍ، فَأَنَّ اللهَ عَزَّ وَجَلَّ وَمَلاَئِكَتَهُ يُصَلُّونَ عَلَى الْمُتَسَحِّرِيْنَ».

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Səhur yeməyində bərəkət var. Biriniz bir qurtum su ilə olsa belə, onu tərk etməsin! Çünki Allah ﷿ və Onun mələkləri səhur yeməyi yeyənlərə xeyir-dua edirlər”.”

Əbu Səid
HəsənFəzilətli əməllər, 382 (Kitab 9, 30)

Qeyd

Əhməd, 11101, 11414; İbn Hibban, 3467. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 1844, 3683.

عَنْ عِرْبَاضِ بْنِ سَارِيَةَ قَالَ دَعَانِي رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى السَّحُورِ فِي رَمَضَانَ فَقَالَ: "هَلُمَّ إِلَى (هَذَا) الْغِذَاءِ الْمُبَارَكِ"

“Rəvayət edilir ki, İrbad ibn Səriyə ﵁ demişdir: “Allah Elçisi ﷺ Ramazan ayında məni səhura dəvət edərək buyurdu: “Mübarək yeməyə tələs!””

İrbad ibn Səriyə
SəhihFəzilətli əməllər, 383 (Kitab 9, 31)

Qeyd

Əhməd, 17143, 17183. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1067.

Fəsil 14

İftarı tezləşdirmək

عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لاَ تَزَالُ أُمَّتِي عَلَى سُنَّتِي مَا لَمْ تَنْتَظِرْ بِفِطْرِهَا النُّجُوم». وَكَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا كَانَ صَائِماً أَمَرَ رَجُلا فَأَوْفَى عَلَى شَيء فَإِذَا قَالَ: غَابَتِ الشَّمْسُ: أَفْطَرَ.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətim iftar açmaq üçün ulduzları gözləmədiyi müddətdə sünnəm üzərində olacaq”. Səhl deyir: “Peyğəmbər ﷺ oruc tutduğu vaxt bir nəfərə (günəşi) izləməyi tapşırar, o adam da: “Günəş batdı!” dedikdə orucunu açardı”.”

Səhl ibn Səd
SəhihFəzilətli əməllər, 384 (Kitab 9, 32)

Qeyd

İbn Hibban, 3510. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2080.

عَنْ سَهْلِ بْنِ سَعْدٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لاَ يَزَالُ النَّاسُ بِخَيْرٍ مَا عَجَّلُوا الْفِطْرَ».

“Səhl ibn Səd ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İnsanlar iftar etməyə tələsdikcə, xeyir içində olacaqlar”.”

Səhl ibn Səd
SəhihFəzilətli əməllər, 385 (Kitab 9, 33)

Qeyd

əl-Buxari, 1827, 1957; Muslim, 1838, 2549, 2608.

Fəsil 15

İftar vaxtının fəziləti

عَنْ جَابِرٍ بْنِ عَبْدِ اللهِ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ للهِ عَزَّ وَجَلَّ عِنْدَ كُلِّ فِطْرٍ عُتَقَاءَ، وَذَلِكَ فِي كُلِّ لَليْلَةٍ».

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Həqiqətən, hər iftar vaxtı Allah ﷿ tərəfindən azad edilənlər olur. Bu, hər gecə baş verir”.”

Cabir ibn Abdullah
HəsənFəzilətli əməllər, 386 (Kitab 9, 34)

Qeyd

İbn Macə, 1643, 1712. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 2170.

Fəsil 16

İftar verməyin fəziləti

عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِىِّ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ :«مَنْ فَطَّرَ صَائِمًا أَوْ جَهَّزَ غَازِيًا فَلَهُ مِثْلُ أَجْرِهِ».

“Zeyd ibn Xalid əl-Cuhəni ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Orucluya iftar verənə və ya cihada gedəni təchiz edənə onun savabının misli verilər”.”

Zeyd ibn Xalid əl-Cuhəni
SəhihFəzilətli əməllər, 387 (Kitab 9, 35)

Qeyd

əl-Beyhəqi “Sunənul-Kubra” 8398. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6414.