Oruc

Bazar ertəsi və cümə axşamı tutulan orucların fəziləti

حَدَّثَنِى أُسَامَةُ بْنُ زَيْدٍ قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّكَ تَصُومُ حَتَّى لاَ تَكَادَ تُفْطِرُ وَتُفْطِرُ حَتَّى لاَ تَكَادَ أَنْ تَصُومَ إِلاَّ يَوْمَيْنِ إِنْ دَخَلاَ فِى صِيَامِكَ وَإِلاَّ صُمْتَهُمَا. قَالَ «أَىُّ يَوْمَيْنِ». قُلْتُ يَوْمَ الاِثْنَيْنِ وَيَوْمَ الْخَمِيسِ. قَالَ «ذَانِكَ يَوْمَانِ تُعْرَضُ فِيهِمَا الأَعْمَالُ عَلَى رَبِّ الْعَالَمِينَ فَأُحِبُّ أَنْ يُعْرَضَ عَمَلِى وَأَنَا صَائِمٌ».

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi! Bəzən sən ara vermədən oruc tutursan, bəzən isə iki gün istisna olmaqla uzun müddət oruc tutmursan. Bu iki gündə isə orucu buraxmırsan”. Allah Elçisi ﷺ soruşdu: “O hansı iki gündür elə?” Mən də: “Bazar ertəsi və cümə axşamı”- deyə cavab verdim. Allah Elçisi ﷺ dedi: “O iki gündə əməllər Allaha təqdim olunur. Mən də əməllərimin oruclu ikən Allaha təqdim olunmasını istəyirəm”.”

Usamə ibn Zeyd
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 2358, 2370. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1043.

İstinad

Fəzilətli əməllər, 368 (Kitab 9, 16)

Fəzilətli əməllər — Oruc