Oruc

Şaban ayı tutulan orucun fəziləti

حَدَّثَنِى أُسَامَةُ بْنُ زَيْدٍ قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ لَمْ أَرَكَ تَصُومُ شَهْرًا مِنَ الشُّهُورِ مَا تَصُومُ مِنْ شَعْبَانَ. قَالَ «ذَلِكَ شَهْرٌ يَغْفُلُ النَّاسُ عَنْهُ بَيْنَ رَجَبٍ وَرَمَضَانَ وَهُوَ شَهْرٌ تُرْفَعُ فِيهِ الأَعْمَالُ إِلَى رَبِّ الْعَالَمِينَ فَأُحِبُّ أَنْ يُرْفَعَ عَمَلِى وَأَنَا صَائِمٌ».

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi! Sənin heç bir ayda Şaban ayındakı kimi oruc tutduğunu görmədim”. Allah Elçisi ﷺ buyurdu: “Bu, Rəcəb və Ramazan arasında insanların qafil olduqları bir aydır. Bu ayda əməllər aləmlərin Rəbbinə yüksəldilir. Mən də əməlimin (Allaha) oruclu olduğum halda yüksəlməsini istəyirəm”.”

Usamə ibn Zeyd
Həsən

Qeyd

ən-Nəsəi “Sunən” 2357, 2369. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 4/103, hədis 948.

İstinad

Fəzilətli əməllər, 369 (Kitab 9, 17)

Fəzilətli əməllər — Oruc