Şaban ayı tutulan orucun fəziləti
عَنْ عَائِشَةَ قَالَتْ: لَمْ يَكُنِ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَصُومُ شَهْرًا أَكْثَرَ مِنْ شَعْبَانَ، فَإِنَّهُ كَانَ يَصُومُ شَعْبَانَ كُلَّهُ، وَكَانَ يَقُولُ: «خُذُوا مِنَ الْعَمَلِ مَا تُطِيقُونَ، فَإِنَّ اللَّهَ لاَ يَمَلُّ حَتَّى تَمَلُّوا» وَأَحَبُّ الصَّلاَةِ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَا دُووِمَ عَلَيْهِ، وَإِنْ قَلَّتْ وَكَانَ إِذَا صَلَّى صَلاَةً دَاوَمَ عَلَيْهَا.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ heç bir ayda şaban ayında tutduğu qədər çox oruc tutmazdı. Elə olurdu ki, o, şaban ayını başdan-başa oruc tuturdu. O deyərdi: “Gücünüz çatan işləri görün! Siz usanmadıqca Allah usanmaz”. Peyğəmbərin ﷺ ən çox xoşuna gələn namaz, qısa da olsa, davamlı qılınanı idi. O, hər hansı bir namazı qılardısa, onu davamlı qılardı”.”
Qeyd
əl-Buxari, 1834, 1970.
İstinad
Fəzilətli əməllər, 370 (Kitab 9, 18)
Fəzilətli əməllər — Oruc