İftarı tezləşdirmək
عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لاَ تَزَالُ أُمَّتِي عَلَى سُنَّتِي مَا لَمْ تَنْتَظِرْ بِفِطْرِهَا النُّجُوم». وَكَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا كَانَ صَائِماً أَمَرَ رَجُلا فَأَوْفَى عَلَى شَيء فَإِذَا قَالَ: غَابَتِ الشَّمْسُ: أَفْطَرَ.
“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətim iftar açmaq üçün ulduzları gözləmədiyi müddətdə sünnəm üzərində olacaq”. Səhl deyir: “Peyğəmbər ﷺ oruc tutduğu vaxt bir nəfərə (günəşi) izləməyi tapşırar, o adam da: “Günəş batdı!” dedikdə orucunu açardı”.”
Qeyd
İbn Hibban, 3510. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2080.
İstinad
Fəzilətli əməllər, 384 (Kitab 9, 32)
Fəzilətli əməllər — Oruc