Oruc

Evlənməyə imkanı olmayan oruc tutsun!

عَنْ عَبْدِ اللَّهِ قَالَ: كُنَّا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «مَنِ اسْتَطَاعَ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ وَأَحْصَنُ لِلْفَرْجِ، وَمَنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِالصَّوْمِ، فَإِنَّهُ لَهُ وِجَاءٌ».

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə olarkən o, belə buyurdu: “Qoy evlənməyə imkanı olan hər kəs evlənsin, çünki evlilik, gözləri və cinsiyyət üzvünü (zinadan) qoruyan ən yaxşı səbəbdir. İmkanı olmayanlar isə oruc tutsunlar, çünki oruc (insanın) şəhvətini soyudur”.”

Abdullah
Səhih

Qeyd

əl-Buxari, 1772, 1905.

İstinad

Fəzilətli əməllər, 378 (Kitab 9, 26)

Fəzilətli əməllər — Oruc