Ramazan orucunun fəziləti
عَنْ أَبِي سَعِيْدٍ الْخُدْرِيِّ ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : " إِنَّ لِلَّهِ تَبَارَكَ وَتَعَالَى عُتَقَاءَ فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ - يَعْنِي فِي رَمَضَان - وَإِنَّ لِكُلِّ مُسْلِم فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ دَعْوَةٌ مُسْتَجَابَةٌ ".
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Uca Allahın Ramazan ayının hər günü və gecəsi (Cəhənnəmdən) azad etdiyi qulları var. Hər bir müsəlmanın da Ramazan ayının günü və gecəsində qəbul olunan duası var”.”
Qeyd
əl-Heysəmi “Kəşful-Əstər an Zəvaidil-Bəzzər” 962; ət-Tabərani “Mucəmul-Əvsat” 6401; əl-Heysəmi “Məcməuz-Zəvaid” 4793. Əhməd, 7443, 7450. Hədis səhih li-ğeyrihidir. Bax: Sahihut-Tərğib vət-Tərhib, 1002.
İstinad
Fəzilətli əməllər, 360 (Kitab 9, 8)
Fəzilətli əməllər — Oruc