Ramazan orucunun fəziləti
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "إِذَا كَانَ أَوَّلُ لَيْلَهٍ مِنْ شَهْرِ رَمَضَانَ صُفِّدَتِ الشّيَاطِينُ وَمَرَدَةُ الْجِنِّ، وَغُلِّقَتْ أَبْوَابُ النَّارِ فَلَمْ يُفْتَحْ مِنْهَا بَابٌ، وَفُتِّحَتْ أَبْوَابُ الْجَنَّةِ فَلَمْ يُغْلَقْ مِنْهَا بَابٌ، وَيُنَادِي مُنَادٍ: يَا بَاغِيَ الْخَيْرِ أَقْبِلْ، وَيَا بَاغِيَ الشّرِّ اقْصِرْ، وَللهِ عُتَقَاءُ مِنَ النَّارِ وَذَلِكَ كُلَّ لَيْلَهٍ"
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ramazan ayının birinci gecəsi yetişdiyi zaman şeytanlar və azğın cinlər zəncirlənir, üstəlik, Cəhənnəmin qapıları bağlanır və heç bir qapısı açıq qalmır. Cənnətin qapıları açılır və heç bir qapısı bağlı qalmır. Həmin vaxt carçı belə səslənir: “Ey xeyir istəyən kəs, (Allaha daha çox ibadət etməyə) tələs! Ey şərə meyilli olan kəs, (tövbə et, haqq yola) qayıt! Allahın Cəhənnəm odundan xilas etdiyi kimsələr var. Bu da, (Ramazan ayının) hər gecəsinə aiddir”.”
Qeyd
ət-Tirmizi, 682, 684. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1960.
İstinad
Fəzilətli əməllər, 359 (Kitab 9, 7)
Fəzilətli əməllər — Oruc