Şəvval ayında tutulan altı günlük oruc
عَنْ ثَوبَانَ أَنَّهُ سَمِعَ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «جَعَلَ اللهُ الْحَسَنَةَ بِعَشْرِ أَمْثَالِهَا، الشَّهْرُ بِعَشْرَةِ أَشْهُرٍ، وَصِيَامُ سِتّة أَيَّامٍ بَعْدَ الشَّهَرِ تَمَامُ السَّنَةِ».
“Rəvayət edilir ki, Səvban ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Allah hər bir yaxşı əmələ görə on qat mükafat verir. Bir ay on aya bərabərdir, (Ramazan) ayından sonra altı gün oruc tutmaq isə ili tamamlayır”.”
Səvban
SəhihQeyd
İbn Asakir “Tarixu Diməşq” 54/82; İbn Xuzeymə, 2115. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3094.
İstinad
Fəzilətli əməllər, 372 (Kitab 9, 20)
Fəzilətli əməllər — Oruc