Nafilə oruclar
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ قَالَ: قَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَا عَبْدَ اللَّهِ أَلَمْ أُخْبَرْ أَنَّكَ تَصُومُ النَّهَارَ وَتَقُومُ اللَّيْلَ». فَقُلْتُ بَلَى يَا رَسُولَ اللَّهِ. قَالَ: «فَلاَ تَفْعَلْ، صُمْ وَأَفْطِرْ، وَقُمْ وَنَمْ، فَإِنَّ لِجَسَدِكَ عَلَيْكَ حَقًّا، وَإِنَّ لِعَيْنِكَ عَلَيْكَ حَقًّا، وَإِنَّ لِزَوْجِكَ عَلَيْكَ حَقًّا، وَإِنَّ لِزَوْرِكَ عَلَيْكَ حَقًّا، وَإِنَّ بِحَسْبِكَ أَنْ تَصُومَ كُلَّ شَهْرٍ ثَلاَثَةَ أَيَّامٍ، فَإِنَّ لَكَ بِكُلِّ حَسَنَةٍ عَشْرَ أَمْثَالِهَا، فَإِنَّ ذَلِكَ صِيَامُ الدَّهْرِ كُلِّهِ». فَشَدَّدْتُ، فَشُدِّدَ عَلَىَّ، قُلْتُ يَا رَسُولَ اللَّهِ، إِنِّى أَجِدُ قُوَّةً. قَالَ:«فَصُمْ صِيَامَ نَبِىِّ اللَّهِ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ وَلاَ تَزِدْ عَلَيْهِ». قُلْتُ وَمَا كَانَ صِيَامُ نَبِىِّ اللَّهِ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ قَالَ:«نِصْفَ الدَّهْرِ».
“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ demişdir: “Allah Elçisi ﷺ mənə belə buyurdu: “Ey Abdullah, elə bilirsən ki, sənin (ara vermədən) gündüzlər oruc tutub, gecələr namaz qıldığını mənə xəbər verməyiblər?!” Mən dedim: “Bilirəm ki, xəbərin var, ey Allahın Elçisi!” O buyurdu: “Belə etmə! Hərdən oruc tut, hərdən də tutma, gecənin bir hissəsini namaz qıl, bir hissəsini də yat! Sözsüz ki, bədəninin sənin üzərində haqqı var, gözlərinin sənin üzərində haqqı var, həyat yoldaşının sənin üzərində haqqı var, qonağının sənin üzərində haqqı var. Şübhəsiz ki, hər ayın üç gününü oruc tutmaq sənə yetər. Belə ki, bir yaxşılığın əvəzi sənə on qat verilər. Bu da tam bir ilin orucuna bərabər olar”. Mən daha çox (rüsxət istədim), lakin daha da sərt münasibət gördüm. Mən dedim: “Ey Allahın Elçisi, mən özümdə oruc tutmağa qüvvə hiss edirəm”. Peyğəmbər ﷺ buyurdu: “Elə isə Allahın peyğəmbəri Davudun ﵇ tutduğu orucu tut və buna heç nə əlavə etmə!” Mən soruşdum: “Allahın peyğəmbəri Davudun ﵇ tutduğu oruc necə idi ki?” Peyğəmbər ﷺ buyurdu: “İlin yarısını (oruc tutardı)!””
Qeyd
əl-Buxari, 1839, 1975; Muslim, 1963, 2721, 2787.
İstinad
Fəzilətli əməllər, 364 (Kitab 9, 12)
Fəzilətli əməllər — Oruc