Hər ayın üç günü tutulan orucun fəziləti
عَنْ أَبِي ذَرٍّ قَالَ : قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ صَامَ مِنْ كُلِّ شَهْرٍ ثَلاَثةَ أَيَّامٍ ، فَذَلِكَ صِيَامُ الدَّهْرِ». فَأَنْزَلَ اللهُ عَزَّ وَجَلَّ تَصْدِيقَ ذَلِكَ فِي كِتَابِهِ }مَنْ جَآءَ بِالْحسنةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا{ الْيَوْم بِعَشْرَةِ أَيَّامٍ.
“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim hər aydan üç gün oruc tutarsa, il boyu oruc tutmuş kimidir”. Allah ﷿ bunun təsdiqini Öz Kitabında belə nazil etmişdir: “Kim Qiyamət günü yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər” (əl-Ənam, 160). Bir gün on günə bərabərdir”.”
Qeyd
ət-Tirmizi, 762, 767. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1035.
İstinad
Fəzilətli əməllər, 376 (Kitab 9, 24)
Fəzilətli əməllər — Oruc